Bu gün – noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.
2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Ukraynada fəaliyyət göstərən “Analitik və İnformasiya Platforması” təşkilatı və Platform4.news bu böyük, tarixi Qələbə günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir!
Vətən müharibəsində öz qanı, canı bahasına torpaqlarımızı qoruyan şəhidlərimizə Allah rəhmət eləsin, onlar bizim qəlbimizdə əbədi yaşayacaq deyə Platforma rəhbəri Qulu İbrahimov bildirib.
Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!







