Azərbaycan, Türkiyə və Gürcüstan gömrük məsələləri üzrə üçtərəfli komitə yaradacaqlar. Bu gün bu barədə müvafiq sənəd imzalanıb.
Bu barədə Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev öz Tvitter hesabında yazıb. O qeyd edib ki, protokolun imzalanması üç ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın gələcək inkişafına töhfə verəcək.







