Rusiyanın hərbi ekspansionizminə qarşı mübarizə aparmaq üçün NATO ilə Avropa İttifaqı (Aİ) arasında daha sıx əlaqələr lazımdır.
Bu barədə Polşa Prezidenti Andjey Duda məlumat verib.
O, ittifaqın daha da genişlənməsinin Moskvaya daha sərt yanaşmaya təkan verəcəyinə ümid edir.
“NATO ilə Avropa İttifqı arasında güclü əməkdaşlığa ehtiyacımız var. Rusiya hərbi varlığını genişləndirir və NATO-nu yalnız şərqdən deyil, həm də şimaldan və cənubdan təhlükə altına alır”, – deyə Duda bildirib.
O, blokun təhlükəsizlik və müdafiə siyasətini təyin etmək üçün inkişaf etdirilməkdə olan Aİ-nin Strateji Kompasının NATO-nun Strateji Konsepsiya sənədinin siyasətinə uyğun olmasının lazım olduğunu bildirib.







