PKK terror təşkilatının Suriya qolu YPG-ni silahlandıran ABŞ-dan bu yöndə növbəti skandal addım gəlib.
YPG terrorçuları ABŞ-ın verdiyi “Bredli” tipli zirehli maşınların üzərinə bayraqlarını asaraq Türkiyə sərhədinə yaxın Haseke şəhəri ətrafında patrul xidmətinin görüntülərini yayımlayıb.
YPG-dən verilən açıqlamada ABŞ-ın İŞİD üzvlərinin saxlanıldığı Geveran həbsxanası yaxınlığında terror təşkilatı ilə birgə patrul aparmaq üçün 5 “Bredli” dislokasiya etdiyi bildirilib.
Terrorçular ABŞ texnikalarına YPG-nin bayraqlarını asıblar.
YPG-nin başqa bir açıqlamasında sentyabrın 29-da ABŞ-la keçirdikləri təlim barədə məlumat verilib.







