Ukrayna Prezidenti Vladimir Zelenski 2021-ci ilin sonuna qədər Krımdakı vəziyyətlə bağlı yenilənmiş qətnamələri BMT Baş Assambleyasına təqdim edəcək.
Bu barədə “İnterfaks – Ukrayna” məlumat yayıb.
“Bu ilin sonuna qədər Ukrayna işğal olunmuş Krımda insan haqlarının durumu və yarımadanın hərbiləşdirilməsi ilə bağlı yenilənmiş qətnamələri BMT Baş Assambleyasına təqdim edəcək”, – Zelenski bildirib.







