Türkiyənin ASELSAN şirkəti “Serhat” radarlarını hava hücumundan müdafiədə (HHM) istifadə etmək üçün uyğunlaşdıracaq.
Bu barədə “Defence Türk” nəşri yazıb.
Bu çərçivədə sistemin müxtəlif HHM sistemlərinə inteqrasiyası planlaşdırılır.
Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan “Serhat” mobil təyinatlı radar sistemi 360 ° əhatə dairəsinə malik olan, minaatan mərmilərini aşkar edərək, onları izləyərək mərmilərin təxmin edilən çıxış və düşmə yerlərini hesablayan radar sistemidir. Sistem modul dizayna malikdir və bir qüllə/binaya və ya nəqliyyat vasitəsindəki dirəyə qoyularaq tripodda istifadə edilə bilər.
Sistem minaatan mərmilərinin aşkarlanması və izlənməsi üçün ASELSAN tərəfindən hazırlanıb.







