Təklif edirəm ki, Ali baş Komandan, II Qarabağ Müharibəsində Qələbənin müəllifi İlham Əliyev ali orden və ali rütbə ilə təltif edilsin.
Bu təkliflə deputat Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
O bildirib ki, bu təklifə Milli Məclis tərəfindən baxılmalıdır.
Deputat əlavə edib ki, bununla əlaqədar qanun layihəsi hazırlanmalı və sənəd parlamentin payız sessiyasının qanunvericilik işlər planına daxil edilməlidir.







