Bəşəriyyət üçün bəla olan,irqindən,yaşından,asılı olmayaraq bütün xalqları,millətləri düşündürən problemlərdən biri-Narkomaniyadır.
Sağlam cəmiyyətin formalaşması hər bir dövlətin əsas məqsəd və vəzifələrindən biridir.Müasir gənclərin sağlam,vətənpərvər ruhda yetişdirilməsi məhz dövlətin gənclər siyasətinin uğurlu davamının bəhrələridir.Müasir cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan problemlər sırasına siqarət çəkmə,narkomaniya və spirtli içkilərin istifadəsi gənclər arasında daha geniş yayılmışdır.
Narkomaniya-bəşərin ən qorxulu bəlası!Qorxulu ona görə ki,bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar.Narkotikadan istifadə edən insan sanki bir bataqlığa düşür.Oradan çıxmaq üçün çırpınır,amma əksinə,hər hərəkətində daha da batır.Narkotikdən asılılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır.
İctimai təhlükəliliyin problemi ondan ibarətdir ki,bir çox cinayətin törənmə səbəbidir.1990-cı illərin axırlarında müstəqilliyimizin təhlükə altında qaldığı zamanlarda ölkəmizdəki özbaşınalıq,hakimiyyətsizlik,gənclərə diqqətin unudulması,narkomanlığa aludəçilik üçün şərait yaratdı.Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi,istəyi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanlar yaratdı.Azərbaycanda ictimai-siyasi durumun sabitliyi,iqtisadi mühitin yaradılması ölkəmizin qüdrətini daha da artırdı.İqtisadi qüdrətin artırılması əlbətdə səbəbsiz deyildi.Narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb edən prosesdir.Ölkənin maliyyə imkanlarının artırılması üçün təbii ki,iqtisadi qüdrət artırılmalıdır.Heydər Əliyev Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün əsasını qoyduğu neft strategiyası bu gündə uğurlarımızın davamlılığına zəmin yaradır.Azərbaycan çox qısa zamanda iqtisadi qüdrətini artırdı.Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümum dövlət vəzifəsi hesab edərək,26 avqust 1996-cı il tarixdə müfaviq fərman imzalamışdır.18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin,psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur.Azərbaycanın hər bir bölgəsində narkomanlığın cəmiyyətə zərərinə dair tədbirlərdə əsas məqsəd maarifləndirmə işinin səviyyəsinin yüksəltməkdir.Həminçinin gənclərin asudə vaxtınlarının səmərəliliyi üçün müxtəlif məşğələlər təşkil edir.Narkomaniyaya “yox” adlı aksiyalar,tədris-təlim proqramlarında narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular daxil edilir.
Narkomaniya bəlası cəmiyyətdə “ağ ölüm” kimi də tanınır.Orta təh-sil müəssisəsində təhsil aldığım zaman şagirdləri maarifləndirmək,narkotikin insan sağlamlığına mənfi təsiri bizə öyrədilirdi.Bu mövzu ilə bağlı bizi “Ağ ölüm”tamaşasını seyr etməyə apardılar.Dövlət Gənc Tamaşaçılar Teatrında “Ağ ölüm”tamaşasını izlədik.Dramatik hadisələr üstündə qurulmuş tamaşada qaldırılan problemlər əslində bütün bəşəriyyəti narahat edən problemlərdir.Bu problemlərin həlli isə məhz bəşəriyyətin özündən asılıdır.Təcrübələr göstərir ki,narkomaniya ilə mübarizə aparmaq çox çətindir.Bu bəladan xilas olmaq çox az insana qismət olur.Narkotikdən istifadə etmiş insanlardan əksəriyyəti isə,bu bataqlıqda məhv olub gedirlər.Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur.Narkomaniyaorqanizmin zəifləməsinə,bə-dənin arıqlamasına və fiziki gücün düşməsinə,mənəvi duyğuların itməsinə gətirib çıxarır.Narkotikdən bir neçə istifadə ondan asılılığa səbəb olur.Narkotikin olmaması əsəbləşməyə və hirslənməyə gətirib çıxarır.Böyük narahatçılıq yaranmağa başlayır.İnsan artıq bir işlə məşğul ola bilmir.Narkotizmlə mübarizə uzun müddətli,çox şaxəli bir prosesdir.
İnsan amili dövlət siyasətinin əsasını təşkil edir.Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki,həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır.Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclər diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir.Gənclər arasında idmanın,mədəni-kütləvi tədbirlərin genişləndirilməsində,idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır.
Nəzrin Sarıyeva
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi







