Son zamanlar media üzərindən aparılan araşdırmalardan məlum olur ki, özünü bir sıra tənqidçi media qurumu kim təqdim edərək fəaliyyət göstərən şəxslər Avropada peyda olub.
Bu adamlar indi də Avropada mühacir həyatı yaşamaqla sanki, dövlətimizə qarşı qənim kəsilib. Belə insanlar doğulub boya-başa çatdıqları ölkəyə xəyanət etməyi özləri üçün xüsusi vəzifə seçiblər. Bu insanlar Azərbaycan hakimiyyətinə və onun prezidentinə qarşı olmazın təhqirlərini səsləndirməklə öz təzyiq və təhdidlərini davam etdirirlər.
Azərbaycanın siyasi hakimiyyətinə qarşı müxalif, nankor mövqedə dayanan və radikal çıxışları ilə gündəmə gələnlərdən biri də Natiq Həziquliyevdir. Bu şəxs Orxan Ağayevə, Qabil Məmmədova və Orduxan Temirxan kimi hakimiyyət əleyhdarlarına qoşularaq Avropa küçələrindən olmazın təhqirlərini söyləyir.
Bu kimi xainlər xaricdən aldıqları maliyyə hesabı qarşılığında Azərbaycan Respublikasının Prezidentinə dövlətinə qarşı çıxmaqla özlərinə öhdəlik götürüblər.
Amma ölkə rəhbəri İlham Əliyev və onun hakimiyyətinin yürütdüyü ağıllı siyasət, belə radikalların arzusunu gözlərində qoyacaq.
Odur ki, Orxan Ağayev, Qabil Məmmədov, Orduxan Temirxan və Natiq Həziquliyev kimi radikalların qarşısı vaxtında alınmalıdır ki, ölkəmiz üçün xoşagəlməz hallar baş verməsin.
Əli Musa
Rezonans.az










