“Üçüncü Dünya Müharibəsinin başlaması riski var”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, yeni dünya müharibəsi riskini gördüyünü söyləyib və ölkəsinin döyüş meydanına çevrilməsini istəmədiyini vurğulayıb:
“Düşünməyin ki, bir növ müharibəyə başlamaq üçün vəziyyəti qəsdən gərginləşdirirəm. Üçüncü Dünya Müharibəsinin başlaya biləcəyini deyirəm, bu zarafat deyil”.
O qeyd edib ki, tarixdə bir neçə dəfə dünyanın əsas oyunçularının maraqları Belarus ərazisində kəsişəndə, bu, müharibələrlə nəticələnib:
“Belarusa girərlərsə, təbii ki, Rusiya buna səssiz qalmayacaq. Bundan sonra bütün bu qüvvələr toqquşacaq. Onlar təkcə amerikalılar, avropalılar və Rusiya deyil, həm də çinlilərdir. Belarusun həmişə olduğu kimi, döyüş meydanına çevrilməsini istəmirəm. Onsuz da bunu kifayət qədər etmişik”.







