“Krım heç vaxt Rusiya ərazisi olmayacaq, onun geri qaytarılması zaman məsələsidir”.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun fikrincə, Rusiya Krımı Ukrayna qədər sevə bilməyəcək.
“Bu mənimdir. Bu Krımı tanıyıram . Bu mənəm, orada yaşadım. Bura mənim torpağımdır, bura onların torpağı deyil”, – Ukrayna lideri bildirib.
Zelenski vurğulayıb ki, Krım və Donbas Rusiya vətəndaşları üçün xarici ərazilərdir:
“Heç olmasa, tarixi yenidən yazın, heç olmasa bütün şəhərlərin adını dəyişdirin, Yalta və s. Amma bu mümkün deyil. Hamı evinə qayıdacaq”.







