Bu gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 19 il ötür.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır.

2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atmağa və Azərbaycan diasporunun fəaliyyətini milli maraqlarımızın gerçəkləşdirilməsi istiqamətində mərkəzləşdirməyə imkan vermişdir.
“Dünya azərbaycanlıları ilə əlaqə qurmaq, onların hüquqlarını müdafiə etmək, o cümlədən Azərbaycanın problemlərini dünyaya çatdırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması çox vacib idi.
Komitəyə rəhbərlik edən Fuad Muradov kifayət qədər təcrübəlidir. Gördüyü işləri çox yüksək qiymətləndiririk. Sədr seçiləndən sonra faktiki olaraq bütün ölkələrdə olan diaspor təşkilatlarını bir araya gətirməyi bacardı.

Mütəmadi olaraq diaspora təşkilatları ilə əlaqə saxlayır, məsləhətləşmələr aparır və komitə tərəfindən lazım olan dəstəyi göstərir. Ona görə də, bu əməyi yüksək qiymətləndiririk.
Xaricdə yaşayan bütün azərbaycanlıları birləşdirən bir amal var , oda azərbaycançılıq ideyasıdır.
Hər bir ölkədə fəaliyyət göstərən təşkilatları azərbaycançılıq ideyası altında birləşdirmək, çox vacib məsələdir.
Fəaliyyətimizi daha da gücləndirməliyik. Bütün ölkələrdə fəaliyyət göstərən təşkilatlar dəmir yumruq kimi bir olmalıdır!
Bu gün qürurverici bir gündür, bu gün münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin bütün əmakdaşlarını və xaricdə diaspora fəaliyyəti ilə məşğul olan bütün soydaşlarımızı ürəkdən təbrik edir və uğurlar arzulayırıq!
“Analitik və İnformasiya Platforması” təşkilatın sədri Qulu İbrahimov.
Ukrayna, Kiyev.
05.07.2021







