Türkiyə Ərzurum Atatürk Universitetinin və Beynəlxalq Qarabağ Forumunun təşəbbüsü ilə onlayn formatda “Qafqazda savaşlar və köçlər. 1855-1920-ci illər” mövzusunda elmi konfrans-simpozium keçirildi. Tədbiri giriş sözü ilə Ərzurum Atatürk Universitetinin professoru, tarix elmləri doktoru Gürsoy Solmaz açdı, konfrans iştirakçılarını salamladı, şəhidlərin xatirəsi yad olundu. O, sonra konfransın məqsəd və məramlarına dair iştirakçıları məlumatlandırdı, və ilk sözü əfsanəvi sərkərdə, dövlət və ictimai xadim, Türkiyə və Azərbaycanda eyni dərəcədə sevilən böyük şəxsiyyət Kazım Qarabəkirin qızı ictimai xadim Timsal Qarabəkirə veridi. Timsal xanım özünün də şahid olduğu, atasının dediklərindən eşitdiyi savaşlarla bağlı, savaşların nəticəsi olan köçlərlə bağlı yaşanan problemləri, özünün yanaşmasını, dəyərləndirməsini diqqətə çatdırdı. O, 1855-ci ildən başlayaraq Qafqazdan Türkiyəyə, Osmanlıya köçlərin tarixinə nəzər saldı.
Professor, doktor Bingür Sönmez (Türkiyə) Şimali Qafqaz xalqlarının Osmanlıya gəlməsi, yolda onların başına gələn çətinliklər, problemlər, Osmanlı dövlətinin onları qarşılaması, yerləşdirməsi və bununla bağlı problemlər, o cümlədən, Osmanlı dövlətinin Şimali Qafqazdan gələn və indi çərkəzlər adlandırılan əhalinin yerləşdirilməsi, həyat şəraitinin təmin olunması üçün külli miqdarda vəsait ayırmasını qeyd elədi və onu da vurğuladı ki, çərkəzləri Türkiyədə həm dövlət yaxşı qarşıladı, eyni zamanda əhali də onlara xoş münasibət göstərdi. Çərkəzlərin Şimali Qafqazdan getməsinin səbəbi kimi göstərdi ki, Rusiya Şimali Qafqaza doğru irəlilədikcə öz şərtlərini qoyurdu, din ilə bağlı, misal üçün tələb edirdilər ki, onlar ya xristian dinini qəbul etsinlər, ya çıxıb getsinlər. Adət-ənənələri ilə bağlı, həyat tərzləri ilə bağlı müəyyən şərtlər qoyurdu. Çərkəzlər bu şərtləri qəbul etmədiklərinə görə Osmanlı dövlətinə köçüb gedirdilər.
İqtisad elmləri doktoru, professor Kərəm Karabulut (Türkiyə) köçlərin müxtəlif dövrlərdə müxtəlif xarakter almasından, onların iqtisadi amillərlə bağlı olduğunu göstərdi, xüsusi olaraq diqqəti kəndlərdən şəhərə köç məsələsinə də yönəltdi ki, bütün dünyada, o cümlədən, Türkiyə və Azərbaycanda da bu proses gedir, bu məsələlər diqqətdə saxlanılmalı və nəzərə alınmalıdır. Azərbaycanlıların Ermənistandan qovulması faktına diqqəti cəlb elədi. 1940-1950-ci illərdə Ermənistandan azərbaycanlıların çıxarılması, 1990-cı illərdə ikinci mərhələdə azərbaycanlıların Ermənistandan tamami ilə şıxarılmasını və digər məsələləri diqqətə çatdırdı. K.Karabulut bir məsələni də vurğuladı ki, Azərbaycan 30 ilə yaxın bir dövr ərzində digər xərcləri ilə yanaşı, torpaqlarının işğal altında olmasından çəkdiyi zərərlə yanaşı qaçqın və köçkünlərə küllü miqdarda vəsait sərf edib və Ermənistandan təzminat tələb olunan zaman bu xərclər də nəzər alınmalıdır.
Professor, tarix elmləri doktoru Esin Dayı (Türkiyə) Osmanlının XV-XVI əsrlərdən başlayaraq Qafqazı fəth etməsi və həmin proseslərin insanların yer dəyişməsinə təsirini, Osmanlı dövlətinin Qafqazda, o cümlədən, Şimali Qafqazda yeritdiyi siyasət, yerli əhali ilə münasibətini diqqətə çatdırdı. XIX əsr ərzində gedən proseslərin nəticəsində yenidən savaşların və köçün qabarması, 1853-1856-cı illərdə Krım müharibəsi, 1877-1878-ci illərdə rus-türk müharibəsi zamanı köşkün ordusunun meydana gəlməsini, onların əziyyət çəkməsini diqqətə çatdırdı və ardıcıl şəkildə həmin məsələləri şərh elədi.
Konfransın gedişi boyunca dəyərli tədqiqatçı, xalq bayatılarının usta ifaçısı Serpil Bayrak vaxtaşırı həm Azərbaycanda, həm Türkiyədə köçkünlərin başına gələn müsibətlələ bağlı bayatılarını da səsləndirirdi və izləyicilər tərəfindən diqqətlə qarşılanırdı.
Tarix doktoru, dosent Boran Əzizli (Azərbaycan) 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə köçkün və qaçqın problemi, Azərbaycan hökumətinin köçkün və qaçqınlarla bağlı yeritdiyi siyasət, o cümlədən, həmin dövrdə mövcud olan Himayədarlar nazirliyinin fəaliyyəti ilə bağlı geniş məlumat verdi.
Tarix elmləri doktoru, professor Qasım Hacıyev (Azərbaycan) əsrlər boyunca köçlərin baş verməsinin səbəblərini və nəticələrini, Türkiyədə, Azərbaycanda bu məsələnin hansı şəkildə həyata keçirilməsini göstərdi. Diqqəti Rusiyanın işğalçı siyasətinə cəlb elədi, qaçqın köçkün məsələsində müasir dövrdə Azərbaycan hökumətinin apardığı siyasətin əsas nöqtələrinə şərh verdi.
Türkiyədə tanınmış çərkəz əsilli yazıçı Mühsin Karakurt (Türkiyə) çərkəzlərin həyatı ilə bağlı, Türkiyəyə köç etmələri, indiki vəziyyətləri ilə bağlı, bu köçə həsr olunmuş romanı ilə bağlı məlumat verdi. Romanda çərkəzlərin adət-ənənələrinin saxlanılması, onlara münasibət, onların həm əvvəlki, həm bu günkü problemləri ilə bağlı məsələləri bədii şəkildə diqqətə çatdırır.
Tarix doktoru, dosent Firdovsiyyə Əhmədova (Azərbaycan) savaşlar və köçlər məsələsini üzvi şəkildə tarix boyunca bir-birinə bağladı. Köçlərin həm mənfi, həm də müsbət tendensiyalarını açdı. Ancaq ümumi şəkildə vurğuladı ki, minlərlə köçkünlər savaşların qurbanı olublar. Eyni zamanda müasir dövrdə də bu məsələlərin qalmasını diqqətə çatdırdı.
Tarix doktoru, dosent İbrahim Aykun (Türkiyə) Rusiyanın cənuba doğru işğalçı hərəkətləri, isti dənizlərə çıxmaq cəhdləri ilə bağlı və bunun nəticəsində həm savaşların, həm də köçlərin meydana gəlməsinə diqqəti cəlb etdi.
Tarix elmləri doktoru, professor Fərhad Turanlı (Ukrayna) köçlərin tarix boyunca, xüsusən XIX əsrdən başlayaraq baş verən köçlərin təsnifatını verdi, onların region üçün, Qafqaz üçün nəticələrini göstərdi.

Diaspor rəhbəri və yerli parlamentin deputatı İradə Əliyeva-Söderberq (İsveç) bu problemin diqqətə çatdırılması üçün, xüsusi ilə də ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayət, işğalçılığı nəticəsində yüzminlərlə insanın qaçqına, köçkünə çevrilməsinin sənədlər əsasında dünya dövlətlərinə çatdırılması, məlumatların tərcümə olunması, geniş şəkildə müzakirə olunmasının vacibliyini qeyd elədi. O, eyni zamanda diqqətdən kənarda qalmış Azərbaycanın Araz çayından cənuba və şimala doğru hissələrinin arasındakı köçlərin də diqqətə alınmasının vacibliyini vurğuladı. Bu istiqamətdə də vaxtaşırı qarşılıqlı köçlər baş verib və bu məsələlərin araşdırılmalı olduğunu qeyd etdi.
Bakı Dövlət Universitetinin müəllimi, tarix doktoru Sevinc Qasımova (Azərbaycan) köç proseslərinin təsnifatını, əsas anlayışlarını izah etdi və xüsusi olaraq müasir dövrdə köçlərin yeni formasının, intelektual axının baş verdiyinin və onun səbəblərini göstərdi.
Diaspor Rəhbəri Elşən İbrahimov (Rusiya) konfransda müzakirə olunan məsələlər ilə bağlı fikirlərin elmi əsaslara söykənməsinin vacibliyini vurğuladı, Rusiyada yaşadıqlarına görə azərbaycanlıların Rusiyaya gəlməsi, orada yerləşməsi, onların problemləri ilə bağlı məsələləri diqqətə çatdırdı.
Filologiya elmləri doktoru, professor Tamilla Əliyeva (Türkiyə) Rusiya çarlarının ardıcıl şəkildə Qafqaz istiqamətində apardığı işğalçı siyasətin mərhələrini göstərdi, o istiqamətdə Axıska türklərinin başına gələn problemləri diqqəətə çatdırdı və digər məslələrdən danışdı.
Tarix doktoru Sadəgül Akbaba (Türkiyə) Ermənistandan qovulan azərbaycanlıların taleyi ilə bağlı, ermənilərin törətdikləri cinayətlərlə bağlı, əhalinin zorla öz doğma yurdlarından qovulması ilə bağlı məsələləri diqqətə çatdırdı.
Kinorejissor Mustafa Qula Bala (Almaniya) yaşadığı ölkədə qaçqın və köçkünlərlə bağlı müasir problemləri diqqətə çatdırdı.
Tədqiqatçı alim Sözər Akyıldırım (Türkiyə) Şimali Qafqazda yaşamış ubıx xalqının taleyi ilə bağlı məruzə etdi, onların XIX əsrdə Şimali Qafqazda hansı çətinliklərlə üzləşdiklərini, onların Rusiya tərfindən həm dil, həm də din baxımından assimilyasiyaya uğramaqları, onların bir hissəsinin Türkiyəyə, Osmanlıya köçməsi, orada da onların öz mövcudluğunu qoruyub saxlaya bilməməsi, dillərinin hazırda dünyanın ölü dillərindən birinə çevrildiyini vurğuladı və qeyd etdi ki, sonuncu öz dilində danışan ubıx 1992-ci ildə dünyasını dəyişib. Bunu S.Akyıldırım köç prosesində bəzi millətlərin aradan çıxmasına misal kimi göstərdi.
Araşdırmaçı alim Ziya Zakir Acar (Türkiyə) Qafqazdan köçlərin konkret təsirlərini qeyd etdi, qaraçayların, digərlərinin köçməsinə diqqəti cəlb elədi və Azərbaycandan da əhalinin zaman-zaman Türkiyənin müxtəlif yerlərinə, xüsusən də İğdıra köçməsi ilə bağlı məlumat verdi.
Türkiyədən gənc tədqiqatçılar Cansu Nahırcı, Qamze Şengül, Gül Bezçi, Kefser Tekinkaya, Mühsin Ertürk konkret mövzularla bağlı tədqiqatlarının nəticələrini konfrans iştirakçılarına diqqətinə çatdırdılar, o cümlədən, köçkün-qaçqın həyatı yaşayan uşaqların problemlərini, Şeyx Şamil hərəkatı və köç problemi, Osmanlıda çərkəzlərin vəziyyəti, çərkəzlərin Rusiyadan çıxarılması şəraiti və digər məsələləri qeyd etdilər. Mühsin Ertürkün çıxışında təmsil etdiyi Kağızman bölgəsinə azərbaycanlıların zaman-zaman köç etdiklərini də göstərdi və eyni zamanda maraqlı faktları da qeyd etdi ki, orada Qarabağ, Ağdam adlı rayonlar mövcuddur.
Sonda tarix doktoru, dosent Akif Nağı və konfransın aparıcısı Gürsoy Solmaz müzakirələrə yekun vurdular, konfransların gələcəkdə keçirilməsinə dair təkliflərini verdilər və xüsusi olaraq qeyd etdilər ki, köçlər həmişə olub, bu köçlərin içərisində köçdükləri yerlərdə bəd əməllər törədən, başqalarının əlində alət olan ermənilərin yeri xüsusi vurğulanmalıdır ki, ermənilər də bu və ya digər yerlərə ya özləri köçüb, ya köçürülüblər və hara köçüblərsə orada yalnız kimlərinsə sifarişini yerinə yetirərək yerli xalqlara qarşı, yerli hakimiyyətə qarşı alət kimi istifadə olunublar, faciəli qırğınlar, hadisələr törədiblər. Bu məsələnin, həqiqətin dünya birliyinə çatdırılması üçün hər kəsin öz yaşadığı ölkələrdə çalışmaları vacibdir.
QAT Mətbuat Xidməti.







