Bu gün, iyunun 5-də rus işğalçıları Kiyevə beş qanadlı raket atıblar.
Onlardan dördü Darnitsa vaqon təmiri zavodunun ərazisinə düşüb.
Zərbə nəticəsində emalatxanalara ziyan dəyib.
Dəmiryolçulardan biri yaralanıb, ona tibbi yardım göstərilib.
Partlayış səsləri Kiyev vilayətində də eşidilib. Bundan əvvəl işğalçılar Vasilyevski rayonuna raket zərbələri endiriblər. Brovarı şəhərinin meri İqor Sapojko saat 6:00 radələrində partlayışın baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, Brovarida dağıntılar barədə məlumat yoxdur.