Rus işğalçısı pilotsuz uçan aparata təslim olub. Bu, mayın 9-da Baxmut yaxınlığında baş verib.
92-ci İvan Sirko briqadasının “Axilles” pilotsuz uçuş sistemləri komandiri Yuri Fedorenko Telegram-da bildirib.
“Baxmut: Mayın 9-da Ukrayna Silahlı Qüvvələrinin mərhəməti. Pilotsuz uçuş aparatı onu bombalamamağı xahiş edən bir rus hərbçisini aşkar etdi. Komandamız ona kopter ilə qeyd göndərdi, təslim ol və pilotsuz təyyarənin arxasınca get. O, arxadan özününkülərinin ona atəş açmasına baxmayaraq, razılaşdı” bildirib.
İşğalçı Ukrayna mövqelərinə gedib. “Ukraynada əsirlik Rusiya ordusunda xidmətdən daha çox sağ qalmaq şansı verir”, – Fedorenko izah edib.