Rusiya bu yaz genişmiqyaslı hücum planlaşdırır.
Ukrayna və tərəfdaşlar bundan xəbərdardırlar və fəal şəkildə hazırlaşırlar, müdafiə naziri Oleksiy Reznikov “Amerikanın Səsi”nə müsahibəsində bildirib.
O, əmin edib ki, Ukrayna və tərəfdaşlar bütün risklərin dərk edilməsində eyni tərəfdədirlər.
“Biz bu barədə uzun müddətdir ki, kəşfiyyatımız, analitiklərimiz və Baş Qərargahla danışırıq, ona görə də, əlbəttə ki, buna hazırlaşırıq”, – Reznikov bildirib.
ABŞ-dakı Ukrayna hərbçiləri artıq “Patriot” hava hücumundan müdafiə sistemlərini necə idarə etməyi öyrənməyə başlayıblar. Döyüşçülər bu təlimi standart vaxt çərçivəsindən “tez bir zamanda” başa vurmalıdırlar, nazir bildirib.
“Bizim üçün əsas odur ki, “Patriot” bölmələrimizin təlim keçiləcəyi poliqonlara çatdırılsın və onlar işğalın təkrarlanmasının qarşısını almağa hazır olsunlar”, – Reznikov əlavə edib.
MIM-104 “Patriot” Amerika Birləşmiş Ştatları Ordusu və bir sıra müttəfiq dövlətlər tərəfindən istifadə edilən əsas növ zenit-raket sistemidir (SAM).
Patriot qabaqcıl havadan kəsici raketlərdən və yüksək performanslı radar sistemlərindən istifadə edir.