Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Jozep Borrel və İranın xarici işlər nazir Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
Bu barədə Aİ-nin baş diplomatı “Twitter” hesabında məlumat verib.
“Mən İranın hərəkətləri ilə bağlı Aİ-nin mövqeyini bir daha diqqətə çatdırdım: insan haqlarının pozulmasını dayandırın, Rusiyanın təcavüzkar müharibəsinə dəstəyinizi dayandırın və Aİ ölkələri vətəndaşlarının qeyri-qanuni saxlanılmasını dayandırın”, – Borrel yazıb.
O, İranın Beynəlxalq Atom Enerjisi Agentliyilə əməkdaşlığının vacibliyini də vurğulayıb.