Azərbaycanın Ukraynada Fövqəlada və Səlahiyyətli Səfiri Elmira Axundova haqqında bəzi saytlarda yayılan “xəbərlər” hesab edirəmki bu yalan, qara piyardan başqa bir şey deyildir.
Bu bir haqsızlıqdir !
Təşkilatımızın əldə etdiyi məlumata görə, bu bir qrup insanların Səfirə və səfirliyə qarşı tutduqları qərəzli mövqelərindən irəli gəlir.
Səfir Elmira Axundovanın uğurlu fəaliyyətini həzm edə bilməyənlər bu və ya digər uydurmalarla, Səfirin və ümumilikdə səfirliyin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.
Belə təxribat yönlü yalnış məlumatlar, nəyinki bizi bir içtimayi təşkilat olaraq, hətta Ukraynada yaşayan əksər azərbaycanlıları narahat edir.
“Analitik və İnformasiya Platforması” təşkilatı olaraq, Ukraynada fəaliyyət göstərən bütün təşkilatların fəaliyyəti və eləcədə bütün məlumatlar, tərəfimizdən izlənilir və qiymətləndirilir.
Xatırladaq ki, ötən gün bir necə Azəbaycan saytları Xanım Səfir Elmira Axundovanı yol hərəkəti qaydalarını pozmaqda “təqsirləndirmişdilər”. Belə ki, Kiyev şəhərində guya Səfir Elmira xanıma aid olan avtomobilin işıqfora riayət etmədən hərəkət etdiyi bildirilib, halbuki hamımız bilirik ki , o avtomobil Elmira xanıma deyil, başqa diplomata aiddir və Xanım Səfir tamamilə başqa bir markalı xidməti avtomobildən istifadə edir.
Biz isə öz növbəmizdə Hörmətli Səfir Elmira Axundovaya və səfirliyin bütün əməkdaşlarına ugurlar arzulayırıq.
“Analitik və İnformasiya Platforması” təşkilatın sədri Qulu İbrahimov.