“Tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq”

Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Bunu Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı bildirib: “Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma…

“Ermənistan da gördü, dünya da…”

Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Bunu Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı bildirib: “Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim…

Bayramov Blinkenin köməkçisi ilə telefonla danışdı

6 dekabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub. XİN-dən  verilən məlumata görə, tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar.…

“Türkiyə dost və qardaş Azərbaycanın yanında olacaq”

Türkiyə hərbçiləri dünyanın bir sıra ölkələrində vicdanlı və ümumbəşəri prinsiplərlə, böyük səylə çalışaraq, insan haqları, regional səviyyədə sülhün yaranmasına mühüm töhfələr verib. Bu barədə Qətərdə səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri Azərbaycan və Liviyada, eləcə də Somalidə, Kosovoda, Bosniya və Herseqovinada, həmçinin digər ölkələrdə öz tarixinə,…

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226…

Azərbaycan münaqişədən sonrakı bərpa prosesində ATƏT-lə əməkdaşlığa hazırdır

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində ATƏT-in baş katibi Helqa Şmid ilə görüşüb. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı tərəflər münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən ən son proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində atılan addımlar, habelə ATƏT ilə əməkdaşlıq məsələləri,…

Azərbaycanla demarkasiya sənədi təsdiqlənməlidir

Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın ötən axşam parlamentdə deputatlarla keçirdiyi iclasın gecə saatlarına qədər davam etdiyi, toplantının gərgin və əsəbi şəraitdə keçdiyi barədə məlumat yayılıb. “Hraparak”ın məlumatına görə, hakim “Mülki müqavilə” partiyasının deputatları ilə görüşdə Paşinyan bəzən elə qışqırırmış ki, onun səsi hətta parlamentin dəhlizlərində eşidilirmiş. “İclasdakı atmosferin gərginləşməsinə, Paşinyanın deputatlarla sərt tonda danışmasına…

Düşmənin məhv edilən D-30 divizionu – VİDEO

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun bölmələrinin peşəkarlığını ortaya qoydu. Azərbaycan ordusu qarşısına qoyduğu bütün tapşırıqları vaxtında və böyük dəqiqliklə icra edib. Hətta bəzən erməni tərəfinə düşünmək üçün belə vaxt qalmayıb. Məsələn, Rusiya mətbuatında Qarabağda – Qırmızı Bazar istiqamətində 2020-ci ilin 16 oktyabrında çəkilmiş görüntülər yayımlanıb. Görüntülərdə Qırmızı Bazar istiqamətində məhv edilmiş erməni artilleriyası əks…

“Prezidentin əsas tapşırığı vətəndaş məmnunluğudur”

Dekabrın 3-də Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib. Bu barədə nazirlikdən məlumat verilib.   İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Kollegiyanın müzakirəsinə çıxarılan məsələlərin kriminogen duruma təsiri, vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu bildirib. Gündəlikdəki məsələlər üzrə nazir müavini – Baş Təşkilat-İnspeksiya İdarəsinin…

Ceyhun Bayramov Ararat Mirzoyanla görüşdən niyə imtina etdi?

Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda görüşünün baş tutmamasının səbəbi açıqlanıb. Açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirildi və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak etdi: “İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin…