Azərbaycan Prezidenti ukraynalı müəllimləri təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif ediliblər. “Dostluq” ordeni ilə Antonenko…

NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb

NATO Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və Alyansın müttəfiqlərinə qarşı fəaliyyət göstərməkdən çəkinməyə çağırıb. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib. Onun sözlərinə görə, Rusiya ilə NATO arasında Ukrayna və Avropada təhlükəsizlik məsələsi üzrə fikir ayrılığı öz həllini tapmayıb: “NATO və Rusiya təlimlərin şəffaflığını, kibertəhlükəsizliyin səviyyəsini, silahlar üzərində nəzarəti artırmaq məqsədilə yeni görüşlər…

Türk Dövlətləri Təşkilatı Qazaxıstana dəstək bəyanatı qəbul edib

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda Qazaxıstanda baş verən hadisələrdə həyatını itirənlərə başsağlığı verilib və yaralananların tezliklə sağalmasını arzulanıb. Təşkilatın üzvü olan Qazaxıstana və onun qardaş xalqına güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb…

Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. “Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə Milli…

Rusiya KTMT kontingentinin Qazaxıstandan nə vaxt çıxacağını bəyan etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Sülhməramlı Qüvvələri Qazaxıstandakı vəziyyət tam sabitləşdikdən sonra missiyasını başa vuracaq. Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib. “Kollektiv Sülhməramlı Qüvvələr tərəfindən tapşırıqların icrası təbii ki, Qazaxıstan Respublikası rəhbərliyinin qərarı ilə ölkədə vəziyyət tamamilə sabitləşənə qədər həyata keçiriləcək” – Rusiya MN başçısı vurğulayıb. Onun sözlərinə görə, hazırda KTMT…

ABŞ və Rusiya arasında Cenevrədə keçirilən danışıqlar…

Qərb Ukraynanın NATO-ya daxil olması məsələsində Rusiyanın “istək siyahısı”nı qəbul etməkdən imtina etdi. ABŞ və Rusiya arasında Cenevrədə keçirilən danışıqlarda bu, açıq şəkildə ifadə edilib. Bu barədə Platform4.news-a Ukraynadan həmyerlimiz, politoloq Qulu İbrahomov bildirib. “Onlar Rusiyanın İstək Siyahısını rədd etdilər. Bu o deməkdir ki, Qərb qəbuledilməz ultimatumlar irəli sürəndə Rusiya ilə heç vaxt danışmayacaq. Başqa…

İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edib. Səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanla Koreya Respublikası…

Zəngəzur dəhlizi daha qısa vaxtda istifadəyə verilə bilər

Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən 23 kilometrlik hissəsi istifadəyə verilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib. O, qeyd edib ki, hazırda həmin hissə ilə yük qatarları hərəkət edir: “Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur dəhlizinə inteqrasiya olunacağı üçün inşaat işlərinin sürətlənməsi…