Putin Ərdoğanın təklifini qəbul etdi

Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifini qəbul edib. “RİA Novosti” xəbər verir ki, bir müddət əvvəl Ərdoğanın Ukrayna ətrafında baş verənləri müzakirə etmək üçün Putini Türkiyəyə dəvət edib. Kremlin rəhbəri isə Ərdoğanın bu təklifini müsbət dəyərləndirərək Türkiyəyə səfər etməyə hazırlaşır. Artıq Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bu haqda açıqlama verib. Peskov görüşün tarixi…

NATO-nun 5 qeyri-nüvə ölkəsində ABŞ-ın 200-ə yaxın atom bombası var

“NATO üzvü olan 5 qeyri-nüvə ölkəsində ABŞ-ın “B61” ailəsinə aid 200-ə yaxın atom bombası yerləşir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Yayılmama və silahlanmaya nəzarət məsələləri üzrə idarəsinin direktoru Vladimir Yermakov a müsahibəsində bildirib. “Biz israr edirik ki, NATO-nun birgə nüvə missiyası fəaliyyətini təcili olaraq dayandırmalı, Amerikanın nüvə silahları ABŞ-ın milli ərazilərinə qaytarılmalıdır. Onu infrastrukturunu və…

“Əminəm ki, Azərbaycanla münasibətlərimiz qarşıdakı illərdə də uğurla inkişaf edəcək”

“Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qarşıdakı illərdə də uğurla inkişaf edəcək”. Bunu İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 26-da ölkəsində rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. İran Prezidenti həmçinin xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla…

Azərbaycan Ombudsmanı ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Azərbaycanın sədrliyi ilə keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda Ermənistan nümayəndə heyətinin üzvünün əsassız arqumentlərinə tutarlı cavab verib. Səbinə Əliyeva bütün beynəlxalq humanitar hüquq normaları və insan hüquqlarına zidd şəkildə Ermənistanın qəsdən qadağan olunmuş “SCUD”, “Smerç”, “İsgəndər-M” və digər ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə mülki…

Rusiya Qara dənizdə hərbi təlim keçirir

Rusiya Hərbi Dəniz Donanmasının Sevastopol və Novorossiyskidə yerləşən 20-dən çox gəmisi, döyüş katerləri təlimdə iştirak etmək üçün Qara dənizə yan alıblar. Bu barədə Rusiya Qara dəniz Donanmasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yanvar-fevral aylarında Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Nikolay Yevmenovun başçılığı ilə bütün bölgələrdə planlaşdırılmış silsilə təlim keçirilir. Təlimlər Rusiyaya yaxın…

Qazaxıstanın bütün bölgələrində antiterror əməliyyatı ləğv edildi

Qazaxıstanın xüsusi xidmət orqanları Almatı və Jambil vilayətlərində, eləcə də Almatı şəhərində antiterror əməliyyatı rejimini ləğv etmək qərarına gəlib. Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb. Beləliklə, Qazaxıstanın bütün bölgələrində antiterror əməliyyatı ləğv edilir. Əvvəllər antiterror əməliyyatı rejimi Qazaxıstanın yalnız bu üç rayonunda saxlanılırdı. İğtişaşların təşkilatçıları və iştirakçılarının müəyyən edilməsi istiqamətində əməliyyat…

İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib. Dövlətimizin başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən…

Bu, Rusiyaya çox baha başa gələcək

“Ciddi bir vəziyyətdəyik. Rusiya tərəfindən Ukrayna sərhədlərinə 100 min əsgər və çoxlu sayda hərbi texnikanın yığılması gözardı edilə bilməz. Bunun məntiqli bir əsaslandırması yoxdur. Bu hal Avropanın sülh və təhlükəsizliyi üçün təhdiddir”. Bunu Almaniya Kansleri Olaf Şolz deyib. Kansler bildirib ki, sərhədlərin şübhə altına alınmaması, “yumşalma siyasəti” 1990-cı ildən sonra əldə edilən razılaşmaların nailiyyətlərindən biridir:…

ABŞ-dan sonra hansı ölkə diplomatlarını Kiyevdən çıxarır?

ABŞ-ın ardınca İngiltərə Kiyevdə işləyən diplomatlarını çıxaracaq. Bu barədə məlumatı BBC televiziya kanalı yayıb. Bildirilir ki, Rusiyanın Ukraynanı mümkün işğalı təhlükəsinin artdığı günlərdə İngiltərənin Kiyevdəki ingilis diplomatlarının sayını azaldacaq. Məlumata görə, İngiltərənin Ukraynadakı diplomatlarının azı əlli faizi təxliyə olunacaq. Qeyd edək ki, bundan əvvəl ABŞ Kiyevdəki səfirliyində işləyən diplomatların ailələrinin təxliyə olunmasına yaşıl işıq yandırıb.

NATO Şərqi Avropaya əlavə qüvvə göndərir

Ukrayna ətrafında vəziyyət getdikcə daha da kəskinləşir. Şimali Atlantika Alyansı – NATO bu gün bəyanat yayaraq gəmi və təyyarələrin Şərqi Avropaya – Bolqarıstan, Rumıniya və Litvaya köçürüldüyünü bildirib. İspaniya, Niderland və Danimarka Şərqi Avropaya əlavə qüvvələr göndərməyə hazır olduqlarını bəyan ediblər. ABŞ da regionda özünün hərbi varlığını artırmağa icazə verib. “The New York Times” qəzeti…