Makronla Putin arasında QARABAĞ DİALOQU

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın 8 erməni hərbçisinin qaytarılmasından danışıb. Makron qeyd edib ki, Fransanın böhran mərkəzi erməni hərbçilərinin geri qaytarılmasını həyata keçirmək üçün təyyarə verib: “Ötən cümə günü biz İlham Əliyev və Nikol Paşinyanla videokonfrans keçirdik. Orada bu məsələni qaldırdıq, həmçinin itkin düşənlər, qaçqınlar və s. məsələləri…

Prezident “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq “Yaşma” qovşaq yarımstansiyasının açılışında iştirak edib. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan “Yaşma” yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi…

Makron Putini Ukrayna ilə bağlı güzəştə razı saldı

Prezidentlər Vladimir Putin və Emmanuel Makron bir gün əvvəl Moskvada keçirilən görüşdə Ukrayna ilə bağlı razılıq əldə ediblər. Bu barədə “The Financial Times” məlumat yayıb. Nəşrin yazdığına görə, Putin və Makron Rusiyanın yeni hərbi təşəbbüslər həyata keçirməməsi barədə razılığa gəliblər. Kremlin də öz silahlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı dialoqda iştirak etməyə razı olduğu bildirilir. “The…

İlham Əliyev “Media haqqında” yeni QANUNU TƏSDİQLƏDİ

Prezident İlham Əliyev “Media haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

“Münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur”

Prezident İlham Əliyev Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda diplomatik əlaqələrimizin otuz illik tarixə malik olsa da, xalqlarımızın əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğunu bildirib. Qeyd edib ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hazırkı səviyyəsi və…

Azərbaycan XİN Ukrayna xalqını təbrik etdi

“Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tvitter səhifəsində yazılıb. “Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!”, – deyə məlumatda qeyd edilir.

Ukrayna XİN-ə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub

Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Ukrayna Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının tanınması ilə bağlı prosedura başlamaq barədə müraciət olunub. Müraciəti Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Lyudmila Marçenko imzalayıb. Müraciətdə bildirilir ki, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadovun imzası ilə Ali Radaya…

İlham Əliyev və Paşinyanın iştirakı ilə videogörüş

Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib. Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb. Sonra Brüssel sülh gündəliyinin…

Qarabağı qazlaşdırmaq üçün əlavə qaza ehtiyacımız olacaq

Əhalinin sayının artması ilə əlaqədar bizim daxili tələbatımız da artır. Azərbaycanın demoqrafik vəziyyəti çox müsbətdir. Eyni zamanda, sənaye artır. Ötən il bizdə qeyri-enerji əsaslı sənayedə rekord artım göstəricisi qeydə alınıb. Sənayemizin bu sektoru demək olar ki, 20 faiz artıb. Bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında bildirib. Azərbaycanın…

Azərbaycan Ermənistanla qeyd-şərtsiz delimitasiya prosesinə başlamağa hazırdır

“Mən Azərbaycanın Ermənistanla delimitasyia və demarkasiya prosesinə qeyd-şərt olmadan başlamağa hazır olduğunu nəzərə çatdırdım”. Bunu bu gün Avropa İttifaqının  Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib. C. Bayramov deyib ki, yüz minlərlə insanın azad olunmuş torpaqlara qaytarılmasının, təhlükəsizliyi təşviq edən şəraitin yaradılması…