Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib

Azərbaycanlı xilasedicilər və həkimlər zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirirlər. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları…

TDT Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

Türk Dövlətləri Təşkilatı (TDT) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatı təşkilatın baş katibi Kubanıçbek Ömuraliyev imzalayıb. Bəyanatda deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından 31 il ötür. Bu zorakılıq nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər…

“İlham Əliyev Azərbaycan tarixinə öz dövlətinin əsl başçısı kimi düşəcək”

Erməni siyasətçi Vladimir Poqosyan “Noyan Tapan” verilişinin efirində Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqının və dövlətinin tarixinə düşəcəyini etiraf edib. “Əgər Əliyevdən danışırıqsa, bu, ölkəsinin əsl prezidentidir. Hər nə desək də, azərbaycanlıları bəyənib-bəyənməsək də, Əliyev öz dövlətinin əsl başçısıdır və o, öz dövləti baxımından Azərbaycanın tarixinə düşəcək. Bizim siyasətçilərdə Əliyevdə olan keyfiyyətlər yoxdur. Mən bunu uzun…

Şuşa və Xivə şəhərləri arasında sənəd imzalanıb

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Azərbaycan – Özbəkistan  Regionlararası Forumu çərçivəsində bu ölkədə səfərdə olub. Səfər çərçivəsində tarixi Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədilə ikitərəfli sənəd imzalanıb. Tədbirdə çıxışı…

Aİ ölkələri Rusiyaya qarşı 10-cu sanksiyalar paketində razılığa gəliblər

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Bu barədə İsveç sədrliyi məlumat yayıb. “Paketə daxildir, məsələn: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırılmış tədbirlər; Rusiyanın dezinformasiyasına qarşı…

“Ukraynada baş verənlərdən narahatıq”

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Baş Assambleyanın Ukraynaya həsr olunmuş 11-ci fövqəladə xüsusi sessiyasında çıxış edib. Diplomat qeyd edib ki, böhran dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüququn norma və prinsipləri əsasında, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət çərçivəsində həll olunmalıdır. O, digər üzv dövlətlərlə yanaşı Azərbaycanın da Ukraynada baş verənlərdən dərin narahatlıq keçirdiyini ifadə…

İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Yaponiya…

“200 min yaşayış binasının tikintisinə başlayacağıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantepin Nurdağı konteyner şəhərini ziyarət ediblər. Dövlət başçısı səfərdən sonra açıqlamalar verib. O, mart ayında zəlzələdən zərər çəkənlər üçün binaların inşasına başlanılacağını bildirib. “Növbəti bir ayda 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil…

Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti Səhiyyə Nazirliyinə verildi

Gənclər və İdman Nazirliyinin bir səlahiyyəti ləğv edilib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladı “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında fərmanda öz əksini tapıb. Fərmana əsasən, Gənclər və İdman Nazirliyinin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə çərçivəsində terapevtik istifadəyə icazə, intizam və apellyasiya qurumları yaratmaq və onların əsasnamələrini təsdiq etmək sahəsində…