“Rusiya ABŞ-la danışıqlara hazırdır”

“Moskva əvvəl olduğu kimi Vaşinqtonla danışıqlara hazırdır. Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıması barədə qərarı onun dialoqa hazırlığına təsir etmir”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Соловьев Live” yutub kanalının efirində deyib. O bildirib ki, Rusiya, hətta ən çətin anlarda belə danışıqlar prosesinə hazır olduğunu açıqlayıb. Qeyd edək ki, Rusiya…

ABŞ diplomatlarını Ukraynadan Polşaya təxliyə edir

ABŞ Dövlət Departamenti Ukraynada olan bütün əməkdaşlarını təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bu ölkədən Polşaya köçürür. Bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” yayıb. Bildirilir ki, burada söhbət əsas olaraq ABŞ-ın Ukraynadakı səfirliyinin əməkdaşlarından gedir. Mənbələrdən birinin sözlərinə görə, Prezident Co Baydenin rəsmi şəxsləri Rusiyanın Ukraynaya hücumu olmazsa? personalı sabah səhər geri qaytaracaqlar. Dövlət Departamenti…

Soydaşlarımız Ukraynadan geri çağırılacaq?

“Diplomatik heyətin Ukraynadan çıxarılması ilə bağlı Azərbaycandan təlimat gəlməyib”. Platform4.news xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Modern.az-a açıqlamasında soydaşlarımızın Ukraynadan geri çağırılıb-çağırılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib. “Biz tam heyətlə iş başındayıq. Cərəyan edən hadisələr tərəfimizdən anbaan izlənilir və Mərkəzə məlumatlar ötürülür. Ukraynadakı 120-dən çox diplomatik nümayəndəlikdən az sayda…

“Kadr seçimində tanışlıq, qohumluq əlaqələri aradan qaldırılmalıdır”

“Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq”. Bunu Prezident İlham Əliyev  Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, ona…

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində…

NATO əsgərlərinin hazırlıq səviyyəsini yüksəldir

NATO “Rusiya Federasiyası ilə böhran” halında alyansın minlərlə əsgərinin hazırlıq səviyyəsini yüksəldir. Bu barədə Almaniyanın DPA nəşri etibarlı mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, söhbət çevik reaksiya qüvvələrindən  gedir. “NATO Rusiya ilə böhrana görə minlərlə əsgərin hazırlıq səviyyəsini yüksəldir”, – mənbə bildirib. Qeyd olunur ki, çevik reaksiya qüvvələri münaqişə bölgəsinə əvvəlki kimi 30 gün deyil,…

“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir”

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etmək qərarına gəlib”. Bunu ABŞ Prezidenti Co Bayden bəyan edib. O, Ağ Evdə jurnalistin “Prezident Putin Ukraynaya hücum etmək niyyətindədirmi” sualına “hə” deyərək cavab verib. “Rusiya qüvvələri hazırda Ukraynanı mühasirəyə alıb. Hesab etməyə əsasımız var ki, Rusiya qüvvələri gələn həftə, qarşıdakı günlərdə Ukraynaya hücum etməyi planlaşdırırlar və niyyətindədirlər. Biz…

Zelenski Putini görüşə dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini görüşə dəvət edib. Bu barədə “RİA Novosti” məlumat yayıb. “Rusiya Federasiyasının prezidentinin nə istədiyini bilmirəm, ona görə də görüşməyi təklif edirəm”, – deyə Zelenski Münhen konfransında jurnalistin Putinin Ukrayna ilə bağlı niyyətlərini necə şərh etdiyi ilə bağlı sualını cavablandırarkən deyib. Həmçinin konfrans zamanı Ukrayna rəhbəri Budapeşt Memorandumunda…

“Avropalılar Rusiyaya xəbərdarlıq ediblər”

“Avropalılar və transatlantik ictimaiyyət Rusiyaya Ukraynaya hərbi təcavüzün ciddi səhv olacağı barədə xəbərdarlıq ediblər”. Bunu Almaniya kansleri Olaf Şolts 58-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib. Kansler Avropada müharibə təhlükəsinin olduğunu və bu riskin hələ də qarşısının alınmadığını, bu məsələnin də iqlim dəyişikliyi və COVID-19 epidemiyası ilə mübarizəni istisna etdiyini bildirib.

Polşa Prezidenti İlham Əliyevə zəng etdi

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Polşa Prezidenti 2019-cu ildə Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev də bu səfərin uğurlu olduğunu, ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan ilə Polşa arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. Polşa Prezidenti ATƏT-in fəaliyyətdə…