“Azərbaycan bütün öhdəliklərini yerinə yetirən etibarlı ölkədir”

“Azərbaycan və Avropa Komissiyası arasında səmərəli əməkdaşlıq Cənub Qaz Dəhlizinin reallaşdırılmasında mühüm rol oynadı və gələcək planlarımızın həyata keçirilməsində vacib rol oynayacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib. “Biz Avropa Komissiyası ilə daimi təmasdayıq. Fevral ayının əvvəllərində Bakıda Avropa İttifaqının (Aİ) enerji…

Türkiyə və Pakistan arasında yeddi saziş imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif ilə məhdud və geniş tərkibli görüşlər keçirib. Bu görüşlərin nəticəsi olaraq, Türkiyə ilə Pakistan arasında 7 əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanma mərasimindən sonrakı birgə mətbuat konfransında çıxış edən Ərdoğan bu il Pakistanla diplomatik münasibətlərin 75 illiyinə diqqət çəkib. “Pakistan ilə əlaqələrimizi daha…

“Britaniya Azərbaycanın Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirir”

“Böyük Britaniya Azərbaycanın Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirir”. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp kraliça II Yelizavetanın taxta çıxmasının 70 illiyinə həsr edilmiş tədbirdə bildirib. Onun sözlərinə görə, London Ukraynaya dəstəyini, həmçinin hərbi yardımı dayandırmayacaq. Səfir Ukraynanın son bir neçə həftə ərzində şimal istiqamətində müəyyən hərbi uğurlar əldə etdiyini vurğulayıb.

Aİ Rusiya qazını qadağan edəcək, amma indi yox

Avropa Birliyi Rusiya qazına mütləq embarqo qoyacaq, lakin yeddinci sanksiyalar paketində deyil. Ukrayna Xarici işlər naziri Dmitri Kuleba telemarafonun efirində deyib ki, Rusiya qazından kritik dərəcədə asılı olan bəzi ölkələr texnoloji həllər tapmalıdır. “İki ay əvvəl siz Avropada insanlara neft embarqosundan danışanda gözlərini zilləyib deyirdilər ki, yox, belə olmaz, belə çətindir. İndi də qaz embarqosundan…

“Kəlbəcər dağ turizminin inkişafı baxımından perspektivlidir”

“Kəlbəcər gözəl, dağ turizminin inkişafı baxımından perspektivli məkandır”. Bunu jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Kəlbəcər rayonuna səfəri zamanı bildirib. “Ötən il Ağdamda işlərin necə sürətlə görüldüyünün şahidi olmuşduq. Burada da işlərin necə aparıldığını gördükdən sonra aydın olur ki, tezliklə Kəlbəcər bərpa ediləcək”, – səfir deyib. Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndəliyinin Kəlbəcər…

Emmanuel Makron Azərbaycan Prezidentini təbrik edib

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Təbrik məktubunda bildirilir: “Cənab Prezident. Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. 2022-ci il önəmli bir ildir, Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür.…

Azərbaycanla Türkiyənin Bakıdan dünyaya verdiyi mesaj

“TEXNOFEST AZƏRBAYCAN” mühüm mesajlar və əlamətdar hadisələrlə yadda qaldı. Festival yalnız Türkiyə-Azərbaycan qardaşlığını ehtiva edən tədbir yox, həm də Azərbaycan və Türkiyənin dünyaya birgə verdiyi hərbi-siyasi mesaj idi. Xüsusən də, prezident İlham Əliyevin dünya şöhrətli alim Əziz Sancarı nümumə göstərərək, gəncləri onun kimi həm alim, həm türkçü, həm də vətənpərvər insan olmağa səsləməsi milli kimliyin…

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə qaz embarqosu daxil olmayacaq

Avropa İttifaqı Rusiya Federasiyasına qarşı növbəti sanksiyalar paketi çərçivəsində qaz embarqosunu müzakirə etməyəcək. Avstriya kansleri Karl Nehammer çərşənbə axşamı Avropa İttifaqı liderlərinin Brüsseldə keçirilən sammitindən sonra bildirib ki, Rusiya neftini kompensasiya etmək daha asandır, qaz isə başqa bir şeydir. “Dünən aydın idi, bu gün yenə deyirəm: qaz embarqosu müzakirə mövzusu olmayacaq. Olaf Şolz da bunu…

Putin Luqansk və Donetsk vilayətlərinin ələ keçirilməsi üçün…

Rusiya prezidenti Vladimir Putin rus hərbçilərinə Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə daxil olmağı əmr edib. Onun planına görə, ilk növbədə Luqansk vilayətini tutmaq lazımdır. Bu barədə təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Kanal 24 məlumat yayıb. Nəşrin mənbələrinə görə, Rusiyanın ali rəhbərliyi iyunun 1-dək Luqansk vilayətinin tam ələ keçirilməsi barədə göstəriş verib. Qeyd olunur ki, Donetsk…