Almaniya Aİ-nin Ukraynaya yardım ayırmasına mane olur

Almaniya Ukraynaya 9 milyard avroluq maliyyə yardımının ayrılmasına mane olur. Hərçənd, yardım barədə qərar hələ iyunun sonunda Aİ sammitində qəbul edilib. Məlumata görə, maliyyə vəsaitinin ayrılması Almaniyanın maliyyə naziri Kristian Lindner təsdiqləmir. O, artıq pandemiya zamanında olduğu kimi, ümumi Avropa borcu vasitəsilə Ukraynaya yardım göstərilməsinin əleyhinədir. Hazırda almaniyalı nazir yalnız 1 milyard məbləğində birinci tranşı…

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər! Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm…

“Azərbaycan qazının tədarükü Rusiyanın inhisarçılığına son qoyacaq”

Bolqarıstanın baş naziri Kiril Petkov bəyan edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılması və Azərbaycan qazının onun vasitəsilə nəqli Rusiyanın inhisarçılığına son qoyacaq. Onun sözlərinə görə, Yunanıstanın Komotini şəhərində IGB-nin açılışı tarixi gündür. “Bu, enerji müstəqilliyinə nail olmağın rəmzidir. İnterkonnektor işə başlayır. Mən qürur duyuram ki, hökumətə rəhbərlik etdiyim cəmi altı ay ərzində bu iş tamamlandı”,…

Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu AÇIQLADI

Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, məsələni G7 (Böyük Yeddilik) ölkələri və Kiyevə belə təhlükəsizlik zəmanəti verməyə hazır olanlar arasında müzakirə etmək lazım gələcək. “Almaniya onlara daxil olan ölkələrdən biridir”, – deyə Şolts qeyd edib. O, əlavə edib ki, bu təminatlar “NATO müqaviləsinin 5-ci maddəsinə uyğun…

Zelenski Consonun istefasına reaksiya bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski əmindir ki, Boris Consonun Böyük Britaniyanın baş naziri postundan istefası Londonun Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətinə təsir etməyəcək. Bu barədə Zelenski CNN telekanalına müsahibəsində bildirib. Dövlət başçısı Consonu “Ukraynanın əsl dostu” adlandırıb və onun istefasından sonra Britaniyanın Ukrayna ilə bağlı siyasətinin yaxın gələcəkdə dəyişməyəcəyinə əminliyini ifadə edib. Zelenski həmçinin əlavə edib…

Avropa Parlamenti Ukrayna üçün 1 milyard avroluq yardımı təsdiqləyib

Avropa Parlamenti müharibə ilə bağlı Ukraynaya dəstək üçün 1 milyard avroluq makromaliyyə yardımı ayırmaq yolunda “yaşıl işıq” yandırıb. Bu barədə “Avropa həqiqətləri” məlumat yayıb. Parlament Avropa Komissiyasının Ukraynaya mart və may aylarında köçürülmüş 1,2 milyard avrodan əlavə, sərfəli şərtlərlə əlavə kreditin verilməsi təklifini dəstəkləyib. Bu məbləğ ümumi məbləği 9 milyard avro olan müstəsna makromaliyyə yardım…

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikin mətni Prezidentin rəsmi saytında yerləşdirilib. Təbrikdə deyilir: “Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi…

Qədim Azərbaycan şəhəri İrəvan necə erməni şəhərinə çevrildi? – VİDEO

XX əsrin əvvəllərində ermənilərin başlıca planlarından biri də qədim Azərbaycan şəhəri olan İrəvanı erməniləşdirmək və erməni şəhərinə çevirmək idi. Onlar bu məqsədlərinə xüsusilə 1918-ci ildən nail olmağa başladılar. Həmin tarixdən İrəvanın erməni dövlətinin paytaxtına çevrilməsi ilə şəhərin əsl sahibləri olan Azərbaycan türklərindən təmizlənmə prosesi gücləndi. Hətta erməni memara tapşırıldı ki, şəhərin memarlıq üslubunu dəyişsin və…

Rusiya sərhədi yaxınlığında yeni NATO bazası yaradıla bilər

Rusiya sərhədi yaxınlığında yerləşən Finlandiyanın Lappeenranta şəhərinin hava limanı hərbi baza yerləşdirmək üçün NATO-ya verilə bilər. Bu barədə şəhər meri Kimmo Yarva məlumat verib. Mer həmçinin qeyd edib ki, ölkənin Şimali Atlantika Alyansına üzvlüyü Etel-Karjala regionunda (Cənubi Kareliya) təhlükəsizlik və ümid hissi yarada, regiona böyük investisiyaların yatırılmasına səbəb ola bilər. Bildirilib ki, hələlik bu məsələ…

“Berlin tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik təminatının verilməsinı müzakirə edir”

Almaniya tərəfdaşlarıyla Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsini müzakirə edir və artıq Rusiyanın “xüsusi əməliyyatının” başa çatmasından sonrakı dövrə hazırlaşır. Bunu bazar günü Almaniya kansleri Olaf Şolts ARD telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı “müharibənin bitəcəyi gün üçün” diplomatik hazırlıqlar görülür. Kansler qeyd edib ki, təhlükəsizlik zəmanətləri NATO üzvlüyü ilə eyni olmayacaq.