Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı

“Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nın təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. Şuşa…

“Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqliyimizi bəyan edirik”

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Bu, Kanada xarici işlər nazirinin ölkənin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında yer alıb. “Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə diplomatik münasibətlərimizin 30-cu ildönümü…

Volodimir Zelenski “Amnesty International”ı tənqid etdi

Ukrayna prezidenti Volodimir Zelenski “Amnesty International” təşkilatının fəaliyyətini tənqid edib. Ukrayna Prezidenti bəyan edib ki, təşkilat rusiyalı hərbçilərin Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) hərəkətlərinə lazımi reaksiyanı vermir. “Rusiyalı hərbçilər dünyada ilk dəfə olaraq AES-dən terror məqsədilə istifadə ediblər. Zaporojye Atom Elektrik Stansiyası Avropada ən böyük AES-dir. Biz dünyanın diqqətini bu fakta yönəldəcəyik. Bu qlobal təhlükə…

Tayvan Çinin hərbi təlimlərinə cavab verəcək

Tayvan Silahlı Qüvvələri ada yaxınlığında Çin hərbi təlimlərinə cavab olaraq avqustun 9-u və 11-də canlı artilleriya atəşi ilə hərbi manevrlər keçirəcək. Adanın Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, yerli təlimlərdə özüyeriyən haubitsalardan və minaatanlardan atəş açılacaq. Bu arada, Çin Xalq Azadlıq Ordusunun komandanlığı bölgədəki hərbi təlimlərin müddətini uzadıb. Manevrlərin mütəmadi şəkil alacağı bildirilib. Qeyd edək ki,…

Zaxarovadan azərbaycanlı həmkarlarına dəstək

“Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm”. Bunu  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb. O, vurğulayıb ki, diplomatik nümayəndəliklərin ərazisinin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl daşıdır ki. Zaxarovanın sözlərinə görə, belə hadisələr qeyri-adi haldır. “Səfirliyin və diplomatların təhlükəsizliyini təmin etməli olan Britaniya hakimiyyət orqanlarına və polisə sual verirəm: Siz harada olmusunuz?”,…

Blinken Azərbaycan Prezidentinə zəng edib

Avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.   Telefon söhbəti zamanı ABŞ dövlət katibi bölgədə yaranmış gərginliklə bağlı narahatlığını bildirib. Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat…

Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Prezident İlham Əliyev qeyd…

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” ilə bağlı QƏRAR

“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Bu Qayda “Veteranlar haqqında” qanuna uyğun olaraq hazırlanıb və müharibə veteranlarının reyestrinin formalaşdırılmasının, aparılmasının, inteqrasiyasının və arxivləşdirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Reyestrin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan…

Fransa prezidenti İlham Əliyevə zəng edib

Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezident.az xəbər verib. Telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun…