“Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir”

“Zəngəzur dəhlizinin açılması üzrə öhdəliklərin yerinə yetirilməsi zəruridir”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. “Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq bəndinə uyğun olaraq regionda kommunikasiyaların açılması istiqamətində praktiki…

NATO Rusiyanı terrorçu dövlət kimi tanıdı

NATO Parlament Assambleyası (PA) Rusiyanı terrorçu dövlət kimi tanıyıb və rusiyalıların cəzalandırılması üçün xüsusi beynəlxalq tribunal yaratmağa çağırıb. Bu barədə hakim “Xalqın xidmətçisi” partiyası “Telegram”da məlumat verib. “NATO-nun bütün 30 ölkəsi nümayəndə heyətimizin təklifini dəstəkləyib. Belə bir tribunal təkcə  hərbi cinayətkarların birbaşa iştirakçılarını deyil, həm də Rusiyanın ali rəhbərliyini mühakimə etməyə imkan verəcək. Qətnamə NATO-ya…

“Ermənistan sülhün dəyərini anlamalı və Azərbaycanla münasibətləri normallaşdırmalıdır”

“Ermənistan sülhün dəyərini anlamalı və Azərbaycanla münasibətləri normallaşdırmalıdır”. Bunu jurnalistlərə açıqlamasında Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran deyib. “Ermənistan sülhə razılaşmalı, Zəngəzur dəhlizini açmalı, ərazilərin minalanmasını dayandırmalı, sərhədi delimitasiya etməli və Azərbaycanla münasibətlərin normallaşdırılması üzərində işləməlidir”, – o bildirib. Amerikalı ekspert vurğulayıb ki, insanların azad edilmiş Azərbaycan ərazilərinə qayıtmağa başladığını görmək çox həyəcanlı və…

Stoltenberq NATO-nun Ukraynada niyə uçuşa qadağa zonası yaratmadığını izah edib

NATO ölkələri Ukraynadakı münaqişənin tərəfinə çevrilməmək üçün çox diqqətlidirlər, ona görə də uçuşa qadağa zonası yaratmağa çalışmırlar, hava hücumundan müdafiə sistemlərini Kiyevə ötürürlər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Madriddə alyansın parlament assambleyasının iclasında bildirib. “Bu, NATO ölkələri üçün çox vacibdir, lakin biz Ukraynada qoşun yerləşdirməyə başlasaq, münaqişənin bir hissəsi olacağıq. Buna baxmayaraq, NATO ölkələri…

Azərbaycanda İnsan Hüquqlarının qorunmasında Ombudsmanın 20 illik keçdiyi ŞƏRƏFLİ YOL

Hüquqi demokratik bir dövlət kimi Azərbaycan Respublikasında aparılan məqsədyönlü islatların əsasını insan hüquq və azadlıqlarının qorunması və bu yolda aparılan uğurlu addımlardır. Müstəqil dövlət olaraq hüquqi islahatlarımızın təməli milli dövlətçilik tariximiz üçün layiqincə öz töhvəsin vermiş ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyularaq yaradılmışdır. Heydər Əliyev hər birimizin zaman-zaman tarix boyu arzulayıb görmək istədiyi milli…

“Azərbaycan hər zaman İranla əlaqələrin inkişafında maraqlı olub”

“İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Agentliyin “İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik…

Poroşenko kimin Rusiya ilə danışıqlarda daha yaxşı olduğunu açıqlayıb

Platform4.news xəbər verir ki, beşinci prezident Petro Poroşenko Halifax Beynəlxalq Təhlükəsizlik Forumunda  deyib ki, Putinlə ən yaxşı, ən effektiv danışıqlar aparan Ukrayna Silahlı Qüvvələridir.  Poroşenko heç vaxt beynəlxalq öhdəliklərə və müqavilələrə hörmət etməyən Putinə etibar etməməyə çağırıb. Beşinci prezident vurğulayıb: Putin yalnız gücü başa düşür. “Putinə güvənməyin. Putin yalnız bir şeyi başa düşür – güc.…

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib. Tennis Akademiyasında keçirilən mərasim Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirin bədii hissəsində xalq artisti Samir Cəfərovun Ulu Öndərə həsr olunmuş mahnılar ifa edib, gimnastika hamı üçün, brek dans və digər nümunəvi çıxışlar…

ABŞ Dövlət Departamentinin nümayəndəsi Milli Məclisdə olub

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ Dövlət Departamentinin nümayəndəsi Kameron Millard ilə görüşüb. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib. Qonaqları salamlayan Səməd Seyidov Azərbaycan və ABŞ arasında münasibətlərdən danışaraq, ölkəmizin regionda sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu diqqətə çatdırıb. Regionda mövcud vəziyyətlə bağlı məlumat verən…

Mixail Mişustin Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. AZƏRTAC xəbər…