Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. Ölkə başçısı müraciətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə xalqı təbrik edib. Müraciətin tam mətnini təqdim edirik: – Əziz həmvətənlər. Bir il əvvəl Yeni il bayramı münasibətilə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, əminəm, 2022-ci il də ölkəmiz üçün uğurlu olacaq. Belə də oldu. Qarşımızda duran…

“Bu gün xaricdə yaşayan azərbaycanlılar müzəffər Azərbaycan övladları olmaları ilə fəxr edirlər”

“Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünyada yaşayan bütün soydaşlarımızı ənənəvi olaraq səmimiyyətlə salamlayır, onlara uğurlar arzulayıram. Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır”. Bu fikri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində səsləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bu gün xaricdə yaşayan azərbaycanlılar müstəqil Azərbaycanın,…

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Prezident İlham Əliyevin 2022-ci ilin noyabrın 26-da imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Belə ki, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı…

Prezident 2023-cü il dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında qanunu təsdiqləyib. Bununla bağlı Prezident.az məlumat yayıb. Qanunla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 milyard 16 milyon 998 min manat, yerli gəlirləri 756 milyon 980 min manat, mərkəzləşdirilmiş…

“Avropa İttifaqı Ukraynaya 77 min tondan çox yardım göndərib”

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Avropa İttifaqı ukraynalılara 77 min tondan çox yardımı göndərib. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Twitter”də məlumat yayıb. Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, bu yardımın tərkibində dərmanlar, qida, sığınacaq əşyaları, həmçinin yanğınsöndürən maşınlar və mobil xəstəxanalar kimi zəruri vasitələr də olub. “Avropanın Ukrayna ilə həmrəyliyi…

Naxçıvanda DİN ləğv olunur

Naxçıvanda son günlər aparılan bir sıra islahatlar çərçivəsində Muxtar Respublika ilə bağlı sabah daha bir yeni qərara imza atılacağı gözlənilir. Bu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğvi ilə bağlıdır. Artıq bununla bağlı müvafiq tapşırıqların verildiyi bildirilir. Belə ki, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq. İdarəyə kimin rəis təyin olunacağına da…

İlham Əliyev “ASAN Xidmət”in bir qrup əməkdaşını təltif edib

Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşını təltif edib. Dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib: 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Mehdiyev Ülvi Ramiz oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Azadəliyev Elvin Sərvər oğlu Bayramov Səbuhi Mikayıl oğlu Əkbərov Adil Sədrəddin oğlu Hüseynov Elvin…

Aİ-nin yeni missiyası artıq Ermənistandadır

Aİ-nin yeni texniki missiyası artıq Ermənistandadır. Bunu ölkənin İctimai Televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Qeyd edək ki, dekabrın 19-da Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ermənistanda mümkün daha uzunmüddətli missiyasına yol açacaq “keçid qrupu” ilə Aİ-nin Cənubi Qafqazda iştirakının yeni mərhələsinin başlandığını elan edib. Onun sözlərinə…

Azərbaycan XİN-dən Ermənistana CAVAB

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirləri təhrif edən 24 dekabr 2022-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Ermənistan XİN-in Azərbaycanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, beynəlxalq hüququ pozduğunu iddia etməsi riyakarlıqdan başqa bir şey deyil. Ermənistan…

“Bəzi ölkələrin Azərbaycana qarşı səsləndirdiyi ittihamlar obyektivlikdən uzaqdır”

Bəzi ölkələrin Azərbaycana qarşı səsləndirdiyi ittihamlar obyektivlikdən uzaq və qərəzlidir. Bunu Suriya ilə sərhədə gələn Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib. O, qeyd edib ki, bunadək 30 ilə yaxındır davam edən Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq təşkilatların səsi çıxmayıb. “Həmişə olduğu kimi, Azərbaycan – Ermənistan məsələsində də obyektivlikdən uzaq və qərəzli bəyanatlar verilir.…