Rusiya XİN Paşinyanı reallığa çağırdı

“Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün yayılan şərhində deyilir. Onun sözlərinə görə, eyni məsələ ilə bağlı rəsmi Yerevanın bəyanatları ciddi şəkildə fərqləndiyi üçün Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir. “Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş…

Paşinyan separatçıları Qarabağda vəziyyəti gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan separatçıları Qarabağda vəziyyəti daha da gərginləşdirə biləcək və Bakıya hərbi əməliyyatları başlamaq üçün rəvac verəcək bəyanatlardan çəkinməyə çağırıb. Hökumətin iclasında o qeyd edib ki, son illərin hadisə və prosesləri ayıq şəkildə təhlil edilməlidir. Paşinyanın sözlərinə görə, Qarabağda separatçı ermənilərin bəyanatları heç bir fayda vermir.

“Türkiyə Avropadan fərqli olaraq nümunəvi mövqe nümayiş etdirir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi Avropa ölkələrinin terror yuvasına çevrildiyini deyib. Bu barədə o, prezident iqamətgahında keçirilən Beynəlxalq Ombudsman Konfransında danışıb. “Bu gün NATO-dakı və ya BMT-nin çətiri altında bir yerdə olduğumuz bəzi ölkələr quldurların sığınacağına çevrilib. Təəssüf ki, terrorçuların məsuliyyətə cəlb olunması üçün heç bir səy göstərilmir. Avropada yuva quran terror tərəfdarlarına qarşı tədbir…

İƏT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan, Ermənistan və Rusiyanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyir. Bu barədə təşkilatın bəyanatında bildirilir. “Faydalı qazıntı yataqlarının ekoloji standartlara lazımi diqqət yetirilmədən işlənilməsi beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsasən qeyri-qanuni olmaqla yanaşı,…

İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.  

Prezidentin xüsusi nümayəndəsi Qubadlı sakinlərinə görülən işlər barədə məlumat verib

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixində verilmiş sərəncamına əsasən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev yanvarın 6-da Qubadlı Rayon İcra Hakimiyyətində (RİH) Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Qubadlı RİH-dən  verilən məlumata görə, görüşdə Qubadlı Rayonu İcra Hakimiyyətinin başçısı…

İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi,…

“Güvəndiyiniz dağlara qar yağmadan qərarınızı verin”

“Heç bir təşəbbüsümüzə Yunanıstandan müsbət cavab almadıq”. Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. O qeyd edib ki, Yunanıstan gərginliyi aradan qaldırmaq üçün dəstək göstərmir. “Biz hücum və təqib etmirik. Amma bizə edilən heç bir təzyiqi cavabsız qoymayacağıq. Təxribatçı münasibətinizi dayandırın deyirik. Bütün gördüyünüz işlərə baxmayaraq, biz deyirik ki, gəlin problemləri dialoq yolu…

Bolqarıstan Türkiyə ilə qaz sazişi imzalayacaq

Bolqarıstanın “Bulgargaz” şirkəti çərşənbə axşamı Türkiyənin “Botaş” dövlət şirkəti ilə mayeləşdirilmiş qaz terminallarına və Türkiyənin qaz nəqli şəbəkəsinə çıxış haqqında müqavilə imzalayacaq. Bu barədə bazar ertəsi Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Çərşənbə axşamı hökumət binasında müqavilə imzalanacaq. Bunun sayəsində “Bulgargaz” Türkiyənin dövlət enerji şirkəti “Botaş”ın terminallarına və qaz nəqli şəbəkəsinə çıxış əldə edəcək. Müqavilə…

Leyla Əliyevadan Yeni il təbriki

“Yeni iliniz mübarək! Allah hamınıza cansağlığı, xoşbəxtlik və bol-bol sevgi qismət etsin!” Bu sözləri sosial şəbəkə səhifəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yazıb. “Arzu edirəm ki, birlikdə çoxlu xeyirxah işlər görək və bu dünyanı nurlandıraq! Sevginizə və dəstəyinizə görə minnətdaram! Sizi çox sevirəm!”, – o əlavə edib.