“BBC World News” telekanalı Azərbaycan haqqında videomaterial hazırlayıb – VİDEO

“BBC World News” telekanalı Azərbaycan haqqında videomaterial hazırlayıb. Platform4.news  APA-ya istinadən xəbər verir ki, videomaterialda Azərbaycanın müasir və tarixi memarlıq abidələri, füsunkar təbiəti, nəqliyyat və texnoloji imkanları, ölkədəki inkişaf əksini tapıb. Materialda Şuşa şəhəri ilə bağlı kadrlar da yer alır. Videomaterial “Hardtalk”, “BBC World News”, “BBC Business Report”, “Impact” və digər məşhur proqramlar da yayımlanır.…

“İran öz siyasətini müəyyən etməlidir”

“Azərbaycan polisinin Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını yoxlaması tam məntiqli və Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq üçün atdığı təxirəsalınmaz qətiyyətli addımlardır. Çünki  İran Qarabağa qanunsuz yük daşımalarını dayandırmır, maşın karvanlarının hərəkəti bir ara səngisə də son günlər yenidən intensiv xarakter almağa başlayıb. İrandan Xankəndinə – ermənilərə aramsız müəmmalı yüklər daşınmaqda…

Kərim Vəliyev Akarla görüşdü

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın…

Türkiyə artıq regiondakı hər məsələdə söz sahibidir

“Türkiyə gələcək hədəflərinə yönəlib. Bu mənzərəni tərsinə çevirmək istəyənlər var. Onlara icazə verməyəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Türkiyənin son 20 ili 200 il əvvəlki tarixindən çıxardığı dərslər işığında demokratiya və inkişaf uğrunda mübarizələrlə keçdi. Türkiyə artıq regiondakı hər məsələdə söz sahibidir, bu müzakirə edilə bilməz. Bütün mühüm beynəlxalq platformalarda Türkiyənin əhəmiyyətli yeri…

Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın tərkib hissəsidir

ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva…

Akardan Rusiyaya mesaj – “Müqaviləyə əməl edin!”

“Rusiya ilə İdlib mövzusunda qəbul etdiyimiz müqavilələrə əməl edirik, məsuliyyətimizin fərqindəyik, müttəfiqlərimizdən də qəbul edilən müqavilələrə əməl etmələrini gözləyirik.” Bunu Hatayda səfərdə olan Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. H.Akar İdlibə hücum nəticəsində Türkiyə ordusunun həlak olan iki əsgəri ilə bağlı da mövqeyini bildirib: “Dostlarımız xain, alçaq hücum nəticəsində şəhid oldular. Şəhidlərimizin qanı yerdə qalmadı,…

Paşinyandan şok təlimat: İşğal altındakı kənd tam boşaldıldı

“Ermənilərin işğalında olan Sədərəkin Kərki kəndi tam boşalıb”. Bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib. Onun sözlərinə görə, kənddə qanunsuz məskunlaşan 500-ə yaxın erməni ərazini tərk edib: “İşğalçıların nümayəndəsi müxbirin “Kənd Azərbaycana verilir?” sualına cavabsız buraxıb və onu çəkməməyi tələb edib. Ermənistanın hakimiyyət dairələri Baş nazir Nikol Paşinyanın göstərişinə uyğun olaraq Kərki kəndində daimi və…

Merkel: “Əfqanıstanda məqsədə çatmadıq”

“ABŞ -da 11 sentyabr 2001-ci ildə baş verən terror hücumlarından sonra Qərb Əfqanıstanda nail olmaq istədiyi bütün məqsədlərə çata bilmədi”. Bunu Almaniya kansleri Angela Merkel bildirib. Merkel, xüsusilə qadın hüquqlarının qorunması ilə əlaqədar bir sıra məsələlərdə “Taliban” hərəkatı ilə razılaşmanın çətin olacağını bildirib: “Bu anadək təhlükəsizliyimizi təhdid edən terroru məğlub edə bildiyimizi, amma istədiyimiz bütün…

Türkdilli ölkələr pandemiya dövründə də bir-birinə dəstək verib

“Türk Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi əhəmiyyətlidir”. Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə azərbaycanlı nazir Mikayıl Cabbarov deyib. “Ortaq dəyərlərə malik türk dövlətləri koronavirus (COVID-19) pandemiyası dövründə də bir-birinə dəstək verib. Bu gün pandemiyanın iqtisadiyyatımıza təsirinin azaldılması istiqamətində müzakirələr aparırıq”, – o bildirib. Bundan…

İlham Əliyev “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda “Kəlbəcər” neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib. Bu neftdaşıyan tankerin tikintisinə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker “Kəlbəcər” adlandırılıb. Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad…