“Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”

“Türkiyə regionda davamlı sülhün və normal münasibətlərin qurulmasının tərəfdarıdır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolu xətləri sadəcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün də iqtisadi-ticari imkanlar yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula…

Bu ölkələr Ərdoğanın qarşısında diz çökdülər

Rusiyanın “Kommersant” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasından sonra geri addım atan ölkələrlə bağlı yazıb. Ərdoğanın etirazından sonra Qərbin çətin seçim qarşısında qaldığı bildirilən məqalədə Türkiyə liderinin 10 ölkəni qarşısında diz çökdürdüyü qeyd edilib. Qəzetə görə, həbsdə olan FETÖ-çü iş adamı Osman Kavala ilə bağlı qalmaqallı açıqlama verən 10 səfir Ərdoğanın “Onları persona non…

Türkiyə-Ermənistan münasibətləri

“Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı…

“Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi?”

Oktyabrın 26-da Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verib. Saleh Məmmədov dedi: Möhtərəm cənab Prezident,…

“Biz istədiyimizə nail olacağıq”

“Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli-praktiki addımlar atır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Bu gün əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu…

“Əliyevlə regional məsələləri bütün detalları ilə müzakirə etdik”

“Türkiyə olaraq üzərimizə düşəni etməyə, qardaş Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu gün İlham Əliyevlə görüşlərimizdə ikili və regional məsələləri bütün detalları ilə müzakirə etdik. İqtisadi və ticarət sahəsində işbirliyimizin genişləndirilməsini, enerji, nəqliyyat…

“Bütün türk dünyası üçün yeni imkanlar açılacaq”

“Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan faktoru ən önəmli faktorlardan biridir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Onu da bildirməliyəm ki, gələn ay Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verəcək. Əminəm ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə Şuraya uğurlu sədrlik…

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışında – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Füzuli Beynəlxalq Hava Limanının açılışına gəlib. Bugün ölkəmiz üçün tarixi bir gündür. Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli rayonunda yeni tikilən Beynəlxalq Hava Limanının açılışında iştirak edirlər. Səfər çərçivəsində Türkiyə Prezidenti Vətən müharibəsi nəticəsində azad edilmiş Füzuli rayonunda inşası qısa müddət ərzində başa çatmış beynəlxalq…

Latviyada NATO aviasiyası üçün yeni baza

Latviyada Lielvarde aerodromu tam şəkildə istifadəyə verilib. Sözügedən aerodrom NATO qırıcıları üçün ehtiyat uçuş-eniş meydançası rolunu oynayacaq. NATO komandanlığından verilən məlumata görə, aerodrom sutkanın istənilən vaxtı, istənilən hava şəraitində təyyarələri qəbul etməyə hazır vəziyyətdədir.  

Bura “Azərbaycanın Parisi” olacaq

Türkiyə və Azərbaycan erməni işğalından azad edilmiş Zəngilan rayonunda illərlə boş qalan torpaqları kənd təsərrüfatı üçün hazırlayır. Bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc olunmuş məqalədə bildirilib. Məqalədə qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş bölgələrdə geniş yenidənqurma və inkişaf layihələri həyata keçirir: “Bölgədə yeni yollar, elektrik stansiyaları salan, dağılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti…