Tarixdə ilk: Şimal Qütbünə doğru irəliləyir

Dünyanın bir çox ölkəsi meşə yanğınları ilə mübarizə aparır. Bu ölkələrdən biri meşə ərazilərinin təxminən 3.5 milyon hektarı yanaraq kül olan Rusiyadır. Sibirdə son beş ildə daha tez-tez baş verən meşə yanğınları bu il də günlərlə davam edir. Rusiyanın meteorologiya qurumlarının rəsmiləri və ekoloqlar yanğınların artmasının iqlim böhranı və qeyri-kafi meşə xidmətlərindən qaynaqlandığını söyləyirlər. Bu…

BMT Əfqanıstandakı vəziyyətdən narahatdır

BMT Əfqanıstandakı vəziyyətin siyasi həlli üçün bu ölkədəki tərəflər ilə danışıqları davam etdirir. Bunu brifinq zamanı BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib. S.Cüjarrik bildirib: “Siyasi həll yolu tapmaq üçün Əfqanıstandakı və bölgədəki tərəflərlə danışıqları davam etdiririk. Mətbuatdan gördüyümüz kimi yerdəki vəziyyət son dərəcə narahatlıq doğurur”. Onun sözlərinə görə, kənd yerlərində şiddətli döyüşlər gedir,…

Hər kəsi düşündürən sual: Pandemiya bitəcəkmi?

COVID-19 pandemiyası insanların həyatında hər şeyi dəyişdi. İnsanlar artıq atacaqları addımları pandemiya davranışlarına uyğun olaraq nizamlamağa başladılar. Bəs pandemiya yaxınlarda bitə bilərmi?   Professor Ballouks Avropada yoluxma sayında artım olacağını düşünür. Onun fikrincə, peyvəndin aparıldığı ölkələrdə virus yazda bitəcək. Texas Universitetinin COVID-19 Modelləşdirmə Konsorsiumunun direktoru Lauren Ancel Meyers bildirib ki, xəstəliyə yoluxanlar və peyvənd olunanların…

Yunanıstanda yanğınsöndürən təyyarə qəzaya uğradı

Yunanıstanda “Petzetel” yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində ölən olmayıb, pilotun vəziyyəti yaxşıdır. Məlumata əsasən, təyyarə Zakinf adasında yanğınların söndürülməsində iştirak edirmiş. Qəzanın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.

Ərdoğan: Türkiyədə meşə yanğınlarının əksəriyyəti lokallaşdırıldı

Türkiyənin 44 əyalətində iyulun sonunda başlayan 208 meşə yanğınının 196-sı lokallaşdırılıb. Beş əyalətdə – Antalya, Muğla, İsparta, Aydın və Denizlidə 12 yanğının söndürülməsi davam edir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə rəhbəri vurğulayıb ki, dövlət bütün səylərini yanğınlarla mübarizəyə yönəldib. Onun sözlərinə görə, təkcə yanğınların söndürülməsində 56 helikopter cəlb edilib. Ərdoğan qeyd…

Mesut Mezkit: “Burada da dünyaya qardaşlıq nümayiş etdiririk”

Azərbaycandan göndərilən yanğınsöndürən maşınların, oradan gələn qardaşlarımızın alovların qarşısının alınmasında əvəzsiz xidmətləri var. Çox böyük professionallıqla, ən başlıcası isə var gücləri ilə çalışırlar. Bunu  Azərtac-a müsahibəsində Türkiyənin Qızıl Aypara Cəmiyyətinin Aydın vilayəti üzrə sədri Mesut Mezkit bildirib. Azərbaycandan gələn növbəti qrupun bu istiqamətdə işlərini hazırda davam etdirdiyini bildirən M.Mezkit deyib: “Onlara, Azərbaycan dövlətinə və xalqına…

BMT yenidən Azərbaycan və Ermənistana çağırış etdi

BMT iki ölkənin sərhədində davam edən toqquşmaları nəzərə alaraq, Azərbaycan və Ermənistanı təmkinliliyə çağırır. Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak keçirdiyi brifinqdə bildirib. “Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik”, – o deyib.

Türkiyədə 154 meşə yanğınından 146-sı söndürüldü

Türkiyədə tüğyan edən 154 meşə yanğınından 146-nın qarşısı alınıb. Bu barədə ölkənin Meşə Təsərrüfatı Baş İdarəsi bildirib. Qeyd olunur ki, hazırda 3 vilayət ərazisində 8 yanğınla mübarizə davam etdirilir. Yanğınlar Antalya, İsparta və Muğla vilayətlərindədir. Yanğınlarla mübarizəyə 16 təyyarə, 9 PUA, 45 helikopter və 5 200-ə yaxın yanğınsöndürən cəlb olunub.

Rusiyada qorxunc gəlişmə

Rusiyanın şərq vilayətlərindəki meşə yanğınları artaraq ümumi sahəsi 1 milyon hektarı keçib. Rusiya Federal Meşə Agentliyinin verdiyi açıqlamada yanğınların söndürülməsi üçün işlərin davam etdiyi bildirilib. Son 24 saat ərzində 40 nöqtədəki yanğınların nəzarət altına alındığı deyilən açıqlamada qeyd edilib ki, hazırda 222 nöqtədə – 1 milyon 71 min 845 hektar sahədə meşə yanğınları davam edir.…

Ərdoğan: “Bütün imkanlar yanğınların söndürülməsinə səfərbər edilib”

Türkiyə hakimiyyəti bütün qüvvələrini ölkədəki meşə yanğınlarının aradan qaldırılmasına səfərbər edib. Bu barədə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Türkiyə hakimiyyəti bütün imkanlarını meşə yanğınlarının qarşısının alınmasına və söndürülməsinə səfərbər edib”, – prezident qeyd edib. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın isə meşə yanğınlarını milli fəlakət adlandırıb. O, qeyd edib ki, ölkənin bütün qurumları əlaqəli şəkildə…