“Haber Global” Xankəndi yolunda – VİDEO

Türkiyənin məşhur “Haber Global” telekanalı Şuşadan keçən Xankəndi-Laçın yolunda azərbaycanlı aktivistlərin Ermənistanın ekoloji terroruna qarşı etiraz aksiyası ilə bağlı “Azərbaycanlılar mədənərinə sahib çıxır” başlıqlı süjet hazırlayıb. Süjetdə Ermənistanın Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismarı, bunun etirazlara səbəb olduğu qeyd edilir. Bununla yanaşı, dinc etirazçıların aksiyanı yalnız gündüz yox, gecə də davam etdirdikləri diqqətə çatdırılır. Bildirilir…

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Dövlətimizin başçısı İlham Əliyev…

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım – Foto

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım edib. Platform4.news xəbər verir ki, dövlət başçısının Tvitter hesabındakı paylaşımda qeyd olunur: “Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası bugünkü müstəqil Azərbaycandır!” Qeyd edək ki, 12 dekabr Heydər Əliyevin anım günüdür.

Adını tarixə əbədi həkk etdirən şəxsiyyət

Ümummilli lider Heydər Əliyev tarixə öz adını əbədi həkk edən nadir şəxsiyyətlərdəndir. O, həyat və fəaliyyəti ilə Azərbaycan xalqının taleyində əhəmiyyətli rol oynayıb. Qüdrətli siyasi xadim istər SSRİ dövründə, istərsə də müstəqilliyimizin ilk illərində Azərbaycanın milli azadlıq və istiqlaliyyəti, gələcək inkişafı naminə əsl xilaskarlıq missiyası yerinə yetirib. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məhz…

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib

Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. “Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bu gün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin…

Beynəlxalq Qarabağ Forumu Türkiyədə elmi-praktiki konfrans keçirəcək

Beynəlxalq Qarabağ Forumunun dekabr toplantısında təşkilatın ay ərzində gördüyü işlər müzakirə edilib. İclasın moderatoru Ziya Zakir Acar ilk sözü forumun koordinatoru Akif Nağıya verib. A.Nağı görülən işlər barədə danışmaqla yanaşı beynəlxalq siyasi vəziyyət və qonşu İran dövlətində baş verən proseslər, bu ölkənin əhalisinin yarısını təşkil edən azərbaycanlıların milli-mənəvi hüquqlarının tanınması haqda mülahizələrini bölüşüb. Ötən toplantıda…

İlham Əliyevdən Şuşa ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa…

Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər

Bu gün Azərbaycan-Türkiyə birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü” keçirilir. Təlimi müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment…

“Rusiya sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur”

Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR. Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən…

“Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.   Sərəncamla Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Prezidentinin Administrasiyası həyata keçirməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.