Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından sağ çıxarıb

Azərbaycanlı Ceyhun Xəlilov hazırladığı xüsusi cihazın köməyi ilə Türkiyənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində xilasedicilərə kömək edir. Həmin cihazın köməyi ilə indiyədək 14 nəfər dağıntılar altından çıxarılıb. Xəlilov bildirib ki, qardaş ölkədə zəlzələlərin baş verməsindən xəbər tutan kimi onun da təbii fəlakət zonasına göndəriləcək xilasetmə dəstəsinə daxil edilməsi xahişi ilə Azərbaycanın müvafiq qurumlarına müraciət edib.…

Mehriban Əliyevanın tapşırığı ilə göndərilən yardım təyyarəsi Türkiyəyə çatdı

Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə bu gün səhər saatlarında yola düşən humanitar yardım daşıyan növbəti təyyarə Türkiyəyə eniş edib. Bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.  

Türkiyəli iş adamı köhnə maşınla qardaş ölkəyə yardım aparan Sərvər Bəşirliyə avtomobil hədiyyə etdi

Türkiyəli iş adamı qırmızı rəngli köhnə VAZ avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan şəxsə avtomobil hədiyyə edib. Bu barədə məlumatı sosial şəbəkədə jurnalist Məhəmməd Türkmən paylaşıb. Məlumata görə, Sərvər Türkiyədə olduğu üçün maşın atasına təhvil verilib.  

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub

Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub. Bu barədə o, şəxsi “Instagram” hesabında paylaşım edib. Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olub.  

“Son fəlakətdə dağılan bütün binaların 98 faizi 1990-cı ildən əvvəl tikilib”

“Son fəlakətdə dağılan bütün binaların 98 faizinin 1990-cı ildən əvvəl tikilməsi tikinti standartları baxımından əldə etdiyimiz irəliləyişləri göstərir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında bəyan edib. O, qeyd edib ki, artıq martın əvvəlində zəlzələdən zərər şəkənlər üçün 30 min evin tikintisinə başlanılacaq. “İtirməyə bir dəqiqə belə qalmayacağının fərqində olaraq, zərərin…

Mehriban Əliyevanın göstərişi ilə göndərilən humanitar yardım Türkiyəyə çatdı

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib. Bu barədə  Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı…

YAP Mərkəzi Aparatı qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göstərib

Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb. Təbii fəlakətin baş verməsinin ardından Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdi, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdi. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün…

“Zəlzələ bölgəsindən 395 nəfər Azərbaycana yola salınıb, onlardan 183-ü ölkəyə çatıb”

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. 8 fevral 2023-cü il tarixlərində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb.…

İlham Əliyevin tapşırığına uyğun olaraq, növbəti təyyarə Türkiyəyə yola salındı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb. Bu barədə FHN məlumat yayıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar,…