Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı rəsmi tviter səhifəsində Şuşanın fotosunun fonunda hazırlanan təbrik paylaşımı edib. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!”, – paylaşımda bildirilib.

Bir qrup gənc “İlin diaspor könüllüsü” adına layiq görülüb

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəblinin “Azərbaycan Diaspor Könüllüləri” proqramının bir qrup iştirakçısı ilə görüşü keçirilib. Platform4.news Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, görüşdə çıxış edən Aparat rəhbəri 10 aprel 2019-cu ildən başlayaraq həyata keçirilən proqramın böyük əhəmiyyət kəsb etdiyini, diaspor könüllülərinin Azərbaycandakı könüllülər hərəkatına töhfələr verdiyini, 2020-ci ildə baş…

İlham Əliyev MİDA-nın inşa edilmiş binalarda şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış olub

Dekabrın 29-da Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillər istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər iki yaşayış kompleksindəki mənzillərlə tanış olub. Başa çatmaqda olan 2021-ci ilin son iş günlərindəyik. Amma bu o demək deyil ki, dövlət tədbirlərinin keçirilməsində hər hansı…

Prezidentin köməkçisi quru sərhədlərin açılması məsələsinə münasibət bildirib

“Quru sərhədləri hələ də bağlıdır. Amma insanlar xüsusi icazələrlə quru sərhədindən keçə bilir”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. Prezidentin köməkçisi bildirib ki, hələlik quru sərhədlərinin açılması hələlik müzakirə edilmir. “Omicron ştamının yayılması şəraitində…

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biləsuvar rayonunda yerləşən Masallı, Cəlilabad və Biləsuvar Regional KOB İnkişaf Mərkəzinin təqdimat mərasimi keçirildi

Təqdimat mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, KOBİM-in rəhbəri Emin Əliyev, KOBİA-nın əməkdaşları və sahibkarlar Regional İnkişaf Mərkəzinin binasına baxış keçirərək, burada yaradılan şəraitlə tanış olmuşlar. İştirakçılar Regional KOB İnkişaf Mərkəzinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, regional mərkəzin fəaliyyətə başlaması regionda…

İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın yeni binası ilə tanış olub. Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdi. Bildirildi ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9…

Vətən müharibəsində yaralanan 2 500-ə yaxın hərbi qulluqçuya əlillik təyin edilib

Vətən müharibəsində yaralanan 2500-ə yaxın hərbi qulluqçuya ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə işləri davam etdirir. Həmin hərbi qulluqçuların əyani müayinəsi keçirilməklə, əlilliyinin qiymətləndirilməsi üçün sənədləşdirmə işləri yerinə…

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub. Açılış mərasimində 218-ci Komando Briqadasının komandiri polkovnik Elşən Sanayev döyüş bayrağını almaq üçün gəlib. O, Ali Baş Komandana raport, briqadaya isə komanda verib. Məlumat üçün bildirək ki, polkovnik Elşən Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini…

MEDİA saytlar üçün müsabiqə elan edib

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək layihəsi elan edib. Agentlikdən verilən məlumata görə, müsabiqəyə ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri (veb-saytlar) müraciət edə bilərlər. Müsabiqədə iştirak üçün: – veb-saytın google analytics hesabına yazılı giriş icazəsi təqdim olunmalıdır. Tələb edilən digər sənədlər barədə ətraflı məlumatı Agentliyin rəsmi internet saytından…