Rafael Ağayev RƏİS TƏYİN EDİLDİ

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib. 37 yaşlı idmançı “Azerterminalkompleks” Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib. Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib. Təcrübəli karateçiyə mayor rütbəsi…

Hərbçilərin pensiyası təkrar hesablanacaq

Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının hansı qaydada yenidən hesablanacağı müəyyənləşib. Təminat xərcliyinə vəzifə və rütbə maaşı, vəzifə maaşından hesablanan əlavələr, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyası daxildir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarına əsasən, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən…

“Yoluxmanın yayılmasına səbəb Omikrondur”

“Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır. Bunun əsas səbəbi “Omikron” ştamıdır. Çünki yeni ştam daha yoluxdurucudur”. Bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, hazırda ölkədə koronavirusla bağlı vəziyyət idarəolunan və nəzarət altındadır: “Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omikron”la bərabar hələ “Delta” variantı da gündəmdir. Reanimasiyaya…

Daxili işlər nazirindən yeni təyinat

Daxili işlər orqanında kadr dəyişikliyi olub. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Vəfalı Həsənalıyev Ağdaş Rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Qeyd edək ki, əvvəlki rəis Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik…

“Azərbaycanda yeni müəssisə yaradılacaq”

“Azərbaycanda “Bayraktar TB2” dronlarının və pilotsuz uçuş aparatlarının istismarından, onlara texniki xidmətdən başqa bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdimək, süni intellektin tətbiqini genişləndirmək məqsədi ilə müəssisə qurmağı hədəfləyirik”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib. S.Bayraktar bu işdə Azərbaycanda iki dövlət qurumu ilə əməkdaşlıq etdiklərini də açıqlayıb:…

NATO zabitləri Azərbaycanda təlim keçir

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən əldə düzəldilmiş partladıcı qurğulara qarşı tədbirlər (C-IED) mövzusunda təlim kursu keçirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Kursda dinləyicilərə NATO-nun əldə düzəldilmiş partlayıcı qurğulara qarşı…

Ünvanlı sosial yardımın məbləği ARTIRILDI

Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosil yardımlarının məbləğində də artım tempi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac…

Son sutkada koronavirusa yoluxanların sayında artım var

Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib. Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan…

Sülhməramlılar erməni separatçıları ilə bağlı zəmanət verdi

“Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni separatçısı da olub”. Bu barədə keçmiş döyüşçü, jurnalist Rey Kərimoğlu özünün feysbuk hesabında məlumat verib. “Hamı kimi məni də bu hal çox narahat etdi. Hərbi mənbələrdən əldə etdiyim məlumata görə, artıq bu barədə bizimkilər Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə…

Ukraynada Azərbaycanlı ilk səfirin adı əbədiləşdirildi

Ukraynada Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə bu ölkədə ilk səfirimiz, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefin açılışı olub. Auditoriyada Azərbaycan atributları ilə yanaşı, Çəmənzəminliyə aid tarixi eksponatlar da yerləşdirilib. Qeyd edək ki, Çəmənzəminli özü bu universitetin məzunu olub. Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ədibin nəvəsi, Azərbaycan…