İşğalçılar Krımdan qaçırlar, düz edirlər

İşğalçılar (Rusiya tərəfi – red.) Krımdan qaçmağa başlayıblar, bu, doğru seçimdir. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “İnanıram ki, Ukrayna bayrağı və azad həyat yenidən Krıma qayıdacaq. Bunun üçün Ukrayna ordusu, xüsusi xidmət orqanları, kəşfiyyat mühüm addımlar atır və bu addımlar artıq duyulmaqdadır”, – deyə dövlət başçısı bildirib.

Rusiya və Ermənistan vətəndaşı olan erməni hansı əsaslarla Qarabağa köçüb? – VİDEO

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardaryan Qarabağın Rusiya sülhməramlılarının müvəqətti nəzarətində olan hissəsinə köçdüyünü açıqlayıb. 44 günlük müharibədə Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən Rusiyadakı erməni lobbisinin əsas fiqurlarından hesab olunan Vardaryanın bu addımının arxasında hansı məqamlar dayanır? Adı külli miqdarda çirkli pulun Rusiyadan Avropaya çıxarılmasında hallanan və kriminal aləmin üzvləri ilə yanaşı çəkilən…

İlham Əliyev bir qrup şəxsi “Dostluq” ordeni ilə təltif etdi

Özbəkistan Respublikasının bir sıra mədəniyyət xadimləri “Dostluq” ordeni ilə təltif edilirlər. Prezident.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Dostluq” ordeni ilə təltif edilsinlər: İsmayılov Haşimjon; Nəsirli Əli Heydər oğlu; Urinbayev Kamoliddin Turdimuratoviç”.

“Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi naməlumdur”

“Bu gün Beynəlxalq İtkinlər Günüdür. Demək olar, üç onillikdir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi naməlumdur”. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib. O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərməyə çağırır.  

Laçın şəhəri, Zabux və Sus kəndlərinə işıq verildi – VİDEO

Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlərə başlanılıb. Bu barədə “AzəEnerji” ASC məlumat yayıb. Belə ki, “AzəEnerji” tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə…

“Mənə sui-qəsd etmək istədilər” – VİDEO

Ukraynada müharibəni işıqlandıran azərbaycanlı jurnalist, Baku TV-nin Şərqi Avropa bürosunun müxbiri Mübariz Aslanov “O kimdir?” verilişinin qonağı olub. Jurnalist Ukraynada şahidi olduqlarından, müharibənin dəhşətlərindən, ukraynalı uşaqların aldığı travmalardan danışıb. “Artıq ukraynalılar müharibəyə öyrəşir. Eləcə də səbirləri tükənir, müharibənin bitməsini istəyirlər. Gün keçdikcə nifrət də artır. Çünki onların ölkəsinə girən ordu hər gün uşaqları, qadınları öldürür,…

Laçın şəhəri, Zabux və Sus kəndləri minalardan təmizlənir

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir. Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ…

AZAL Bakı-Təl-Əviv reysində daha komfortlu təyyarələrdən istifadə edəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivə həyata keçirdiyi reyslərdə daha komfortlu təyyarələrdən istifadə etmək qərarına gəlib. Sentyabrın ilk günlərindən Bakı-Təl-Əviv-Bakı istiqamətində həyata keçirilən aviareyslərdə “Airbus A319” təyyarələrinin əvəzinə “Boing 787 Dreamliner” təyyarələrindən istifadə olunacaq. Hələ ki, planda 1, 8, 11 və 21 sentyabrda reallaşdırılacaq uçuşlar üçün təyyarələrin dəyişdirilməsidir. Aviaşirkət Bakı-Təl-Əviv-Bakı reyslərini mümkün…

Deputat Elman Nəsirov şəhid bulağının açılışında iştirak etdi – Foto

68 saylı Cəlilabad kənd seçki dairəsindən seçilmiş millət vəkili Elman Nəsirov rayonun Adnalı kəndində şəhidlərin xatirəsinə ucaldılmış bulağın açılış mərasimində iştrak etmişdir. Tədbirdə Cəlilabad rayon İcra Hakimiyyətinin rəsmiləri, Gənclər və İdman İdarəsinin rəisi, Gənc qazilər ictimai birliyinin rayon filialının sədri,şəhid valideyinləri və kənd ağsaqqalları iştirak etmişdir. Açılışa başlamazdan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad…

“Sıfır” və “iki”yə layiq olanları 100-150 bal ilə ali məktəblərə qəbul etdik”

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır. Qruplar üzrə gərgin mübarizə gedir. I ixtisas qrupu üzrə 16419 plan yeri uğrunda 19030, II ixtisas qrupu üzrə 12232 plan yeri uğrunda 9804, III ixtisas qrupu üzrə 15157 plan yeri uğrunda 16572, IV ixtisas qrupu üzrə 3980 plan yeri uğrunda 4130, V ixtisas qrupu üzrə 4093…