Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb

“Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası – ümumi dəyəri 360 min ABŞ dolları olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir”. Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb. “Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən…

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib. Paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy…

ABŞ-də ermənilərin əsir götürdükləri azərbaycanlının həyatından bəhs edən film təqdim olunub

ABŞ-nin Nyu-York şəhərində erməni hərbçilərin əsir götürdükləri Bəxtiyar adlı şəxsin həyatından bəhs edən “Nəfəs” filmi təqdim olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı Nyu-Yorkun qədim “Village East by Angelika” kinoteatrında baş tutub. Təqdimat mərasimində filmin yaradıcı heyəti, ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları, BMT-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar, yerli ictimaiyyətin nümayəndələri…

İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Prezident.az xəbər verir ki, təbrikdə deyilir: “Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram. Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında…

“Fədakar analarımız vətəni ana qədər əziz və müqəddəs bilən saf əqidəli övladlar yetişdirirlər”

“Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür”. Bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan…

Qərbi Azərbaycan İcması Nikol Paşinyana cavab verib

“Ermənistanın baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) bugünkü çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd edib. Biz baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli…

Polşada “Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans keçirilib

“Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası” 24 fevral 2023 tarixində Krakow şəhərində “Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans keçirilib. Platform4.news xəbər verir ki, bunu təşkilatın mətbuat xidmətindən bildiriblər. Konfransa ADA Universitetinin professoru Ceyhun Rzayev, Varşava Dövlət Universitenin professoru Nərgiz Axundova, Adam Miskevic Universitetinin professoru Eva Domanska və Azərbaycanın Polşadakı səfirliyinin nümayəndəsi dəvət…

Xocalı soyqırımından 31 il keçir

Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin,…