“Bu gün Beynəlxalq İtkinlər Günüdür. Demək olar, üç onillikdir ki, Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 3890 azərbaycanlının taleyi naməlumdur”.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.
O qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirmək üçün Ermənistana beynəlxalq təzyiq göstərməyə çağırır.